“Bir millət, iki dövlət” ruhunda yeni akademik tərəfdaşlıq: Mingəçevir Dövlət Universiteti ilə Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalandı.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumatı Mingəçevir Dövlət Universiteti rəsmi səhifəsində paylaşıb.
Əməkdaşlığın sistemli və nəticəyönümlü şəkildə həyata keçirilməsi üçün MDU- Marmara Universiteti Birgə Koordinasiya Komitəsi yaradılacaq.
Bu əməkdaşlıq çərçivəsində:
MDU və Marmara Universitetinin iştirakı ilə birgə elmi-tədqiqat və təhsil lahiyələri hazırlanacaq;
Ortaq elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılması, mövcud infrastrukturdan birgə istifadə imkanları qiymətləndiriləcək;
Tələbə, müəllim, doktorant və gənc tədqiqatçılar üçün bir semestrlik və qısa müddətli akademik mübadilə, elmi staj, yay və qış məktəbi proqramları təşkil ediləcək;
İlkin mərhələdə MDU-nun “Beynəlxalq ticarət və logistika” və “Maliyyə” ixtisaslarında təhsil alan tələbələrin Marmara Universitetində mübadilə proaramında iştirakı istiqamətində işlər həyata keçiriləcək;
Kompüter mühəndisliyi, biznesin idarə edilməsi, iqtisadiyyat və təhsil sahələrində ikili diplom proqramlarının yaradılması imkanları araşdırılacaq;
Süni intellekt, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahələrində ortaq tədqiqatlar aparılacaq;
TÜBİTAK və TÜRKUNİB proqramlarına birgə layihə müraciətləri hazırlanacaq.

