Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU) rektoru Zəfər Qurbanov Yayfest 2026 çərçivəsində təşkil olunan “Rəqəmsal Dövlət” düşərgəsini ziyarət edib.
“Tehsil365” xəbər verir ki, bu məlumatı Azərbaycan Dövlət Aqrar Universiteti rəsmi səhifəsində paylaşıb.
Səfər zamanı rektor düşərgədə iştirak edən ADAU tələbələri ilə görüşərək onların lahiyə bə fəaliyyətləri ilə görüşərək onların layihə və fəaliyyətləri ilə maraqlanıb, gənclərlə səmimi fikir mübadiləsi aparıb. O, tələbələrin bu cür bilik və bacarıqların inkişafına xidmət edən layihələrdə fəal iştirakını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, Yayfest 2026 çərçivəsində keçirilən “Rəqəmsal Dövlət” düşərgəsi gənclərin rəqəmsal savadlılığının artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır.

