Təhsil 365 - Logo Mobile

Rektor Nurəli Yusifbəyli “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib

14417.07.2026 - 04:43
Rektor Nurəli Yusifbəyli “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib

İyulun 16-sı Şamaxıda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən “Yay Fest 2026” çərçivəsində “Rəqəmsal Dövlət” düşərgəsində maarifləndirici panel müzakirəsi təşkil edilib.

SDU-dan “Tehsil365” ə bildirilib ki, paneldə Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli iştirak edərək düşərgə iştirakçıları ilə görüşüb.

Çıxışı zamanı rektor süni intellekt və rəqəmsal texnologiyaların ali təhsil sistemində yaratdığı imkanlardan söz açıb. Qeyd olunub ki, bu texnologiyalar tədris, elmi tədqiqat və idarəetmə proseslərinin daha səmərəli təşkili, məlumatların toplanması və təhlili, eləcə də əsaslandırılmış qərarların qəbulunda mühüm rol oynayır.

Eyni zamanda rektor bildirib ki, süni intellektin sürətli inkişafına baxmayaraq, yaradıcı düşüncə, analitik təfəkkür, etik məsuliyyət və düzgün qərarvermə kimi insana məxsus keyfiyyətlər öz əhəmiyyətini qoruyub saxlayır və gələcəyin təhsil sistemində də qorumağa davam edəcək.

Paneldə müasir əmək bazarında uğurun yalnız diplomla deyil, bilik, bacarıq və səriştənin vəhdəti ilə mümkün olduğu vurğulanıb. Professor N. Yusifbəyli ali təhsil müəssisələrinin əsas məqsədinin peşəkar kadrlarla yanaşı, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər, məsuliyyətli, analitik düşüncəli və güclü xarakterli gənclərin yetişdirilməsi olduğunu xüsusi qeyd edib.

"Ali təhsil müəssisələrinin əsas missiyası yalnız diplom verməklə məhdudlaşmamalı, eyni zamanda yüksək mənəvi dəyərlərə malik, vətənpərvər, məsuliyyətli, analitik düşüncəyə və güclü xarakterə sahib gənclər yetişdirmək olmalıdır", – deyə rektor bildirib.

Müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb, təhsil, peşəkar inkişaf və gələcək karyera planlaması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, paneldə Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov da iştirak ediblər. Panel iştirakçıları rəqəmsal transformasiya, süni intellekt və ali təhsilin inkişaf perspektivləri ilə bağlı fikir və təcrübələrini tələbə-gənclərlə bölüşüblər.

Nuray Babayeva

Xəbər Lenti

Vasif Qurbanzadə: Şuşadakı Vaqif Poeziya Günlərində “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək17.07.2026 - 08:12
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb17.07.2026 - 08:07
Azərbaycan xoru İstanbul Beynəlxalq Xor Festivalında uğurla çıxış edib17.07.2026 - 07:39
Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb17.07.2026 - 07:33
Çinin Ay missiyaları ADU-da keçirilən mühazirənin mövzusu olub17.07.2026 - 07:29
Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı tədbir təşkil olunub17.07.2026 - 07:20
Şanxayda Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradılıb17.07.2026 - 07:06
“Korreksiyaedici təlim ən məsuliyyətli peşələrdən biridir” – ADPU tələbəsi17.07.2026 - 06:45
“Gənclərin dini və mənəvi problemləri” çox ciddi mövzudur. Həddindən artıq aktual bir mövzudur-İlahiyyatçı Təyyar Hüseynli17.07.2026 - 06:15
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir17.07.2026 - 05:58
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq17.07.2026 - 05:50
ADU-da nəticəyönümlü tədrisə dair təlim keçirilib17.07.2026 - 05:41
"Bəzən universitetin və ixtisasın düzgünlüyü nəticənin uğurlu olmasına gətirib çıxarmır"-Təhsil eksperti Elçin Süleymanov17.07.2026 - 05:30
ADNSU-da UI GreenMetric 2026 çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək17.07.2026 - 05:11
"Xaricdə təhsil seçimi yalnız universitetin reytinqinə və ya ölkənin populyarlığına əsaslanmamalıdır"- Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı17.07.2026 - 04:55
ADNSU beynəlxalq akkreditasiya sahəsində uğurlarını davam etdirir17.07.2026 - 04:37
BMU tələbələri Pekində süni intellekt və mədəni irs tədbirlərinə qatılıblar17.07.2026 - 04:29
I kurs tələbəsi vəfat etdi17.07.2026 - 04:20
"Xaricdə təhsil sizə düşündüyünüzdən də çox təcrübələr qatacaq"- INHA məzunu Jalə Kərimli17.07.2026 - 04:12
Vətəndaş müraciətlərinin statistikası17.07.2026 - 04:03
"Zəfər" yay düşərgəsi keçiriləcək16.07.2026 - 18:55
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim etdi16.07.2026 - 18:15
ADAU tələbələri Yayfest 2026-da uğurla təmsil olunur16.07.2026 - 17:45
MDU ilə Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb16.07.2026 - 17:20
Qusarda dini diskurs və media etikası ətrafında fikir mübadiləsi aparılıb16.07.2026 - 17:04
Beynəlxalq yarışlarda fərqlənən peşə təhsili tələbələri ilə görüş keçirildi16.07.2026 - 16:51
BMU-da yeni ixtisaslaşma: “Maliyyə nəzarəti və audit”16.07.2026 - 16:47
Beynəlxalq fənn olimpiadası qalibləri ilə görüş keçirilib16.07.2026 - 16:43
MİQ üzrə günün REKORD nəticəsi - 18 ilin müəllimi 98.75 bal TOPLADI16.07.2026 - 16:33
Magistratura üzrə qabiliyyət imtahanlarına start verildi16.07.2026 - 16:13
Uğursuzluqdan sonra necə yenidən motivasiya toplaya bilərik? - Mirsadiq Muxtarov16.07.2026 - 15:53
Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə yeni xidmət yaradılıb16.07.2026 - 15:47
ATMU-da 2026/2027-ci tədris ili üçün qəbul müsahibələri başlayıb - FOTOLAR16.07.2026 - 15:34
Boş qalan kollec plan yerlərinin SİYAHISI16.07.2026 - 15:23
19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI16.07.2026 - 15:03
ATU-nun beynəlxalq uğuru - FOTOLAR16.07.2026 - 13:38
UNEC-in kollecində əlavə təhsil üçün qeydiyyat keçirilib - FOTOLAR16.07.2026 - 13:30
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb - FOTOLAR16.07.2026 - 13:17
ADU-da magistr dissertasiyalarının müdafiəsi uğurla keçirilib - FOTOLAR16.07.2026 - 13:11
BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılacaq16.07.2026 - 13:04
UFAZ tələbələri texnologiya və innovasiya üzrə VISTAR proqramına qəbul olunublar - FOTOLAR16.07.2026 - 12:55
AzTU-da müdafiə sənayesi üçün yeni mühəndislərin hazırlanması istiqamətində işlər davam edir - FOTOLAR16.07.2026 - 12:47
Odlar Yurdu Universitetinin tələbəsi “Cyber Summer School 2026” düşərgəsini uğurla başa vurub - FOTOLAR16.07.2026 - 12:43
631 bal toplayan abituriyent Qarabağ Universitetini seçib16.07.2026 - 12:37
"Dini mövzuların təqdimatında obyektivlik vacibdir" - Gündüz İsmayılov16.07.2026 - 12:32
BMU-da magistratura səviyyəsində “Maliyyə nəzarəti və audit” ixtisaslaşması açılıb16.07.2026 - 12:25
NDU-nun hüquq tələbələrinə “Azərbaycan Vəkili” təqaüdü veriləcək16.07.2026 - 12:20