Təhsil 365 - Logo Mobile

ADU-da nəticəyönümlü tədrisə dair təlim keçirilib

14217.07.2026 - 05:41
ADU-da nəticəyönümlü tədrisə dair təlim keçirilib

İyulun 9-da Azərbaycan Dillər Universitetində (ADU) ali təhsildə müasir pedaqoji yanaşmaların tətbiqinin genişləndirilməsi, professor-müəllim heyətinin metodiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də nəticəyönümlü tədris modelinin effektiv tətbiqinə dəstək məqsədilə Təlim və Metodologiya Mərkəzi ilə Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə "Nəticəyönümlü tədris: təlim nəticələrinin hazırlanması və qiymətləndirmə ilə uyğunlaşdırılması" mövzusunda birgünlük təlim keçirilib.

ADU-dan “Tehsil365” ə bildirilib ki, tədbiri Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva açaraq iştirakçıları salamlayıb və nəticəyönümlü tədris yanaşmasının müasir ali təhsil sistemində strateji əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu model tələbələrin bilik, bacarıq və səriştələrinin sistemli şəkildə formalaşdırılmasına, müəllimlərin isə tədris prosesini daha məqsədyönlü planlaşdırmasına imkan yaradır.

Təlim Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəyim Abdulla tərəfindən keçirilib. Təlim zamanı nəticəyönümlü tədrisin konseptual və metodoloji əsasları təqdim olunub, bu yanaşmanın beynəlxalq ali təhsil məkanında tətbiqi, kurikulumların hazırlanması və tədrisin planlaşdırılmasındakı rolu izah edilib.

Təqdimat çərçivəsində təlim nəticələrinin hazırlanmasının əsas prinsipləri, nəticəyönümlü kurikulumun formalaşdırılması mərhələləri, Geriyə Kurs Dizaynı (Backward Design) modeli, Konstruktiv Uyğunlaşdırma (Constructive Alignment) konsepsiyası, Bloom taksonomiyası və SMART yanaşmasının praktik tətbiqi geniş şəkildə şərh olunub. Vurğulanıb ki, proqram, fənn və mövzu səviyyəsində müəyyən edilən təlim nəticələri qarşılıqlı şəkildə əlaqələndirilməli, onların hər biri uyğun tədris metodları və obyektiv qiymətləndirmə vasitələri ilə təmin edilməlidir. Eyni zamanda, təlim nəticələrinin yazılmasında fəal fellərin seçilməsi, ölçüləbilən nəticələrin formalaşdırılması və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı metodiki tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin praktik hissəsi interaktiv formatda təşkil olunub. İştirakçılar kiçik qruplara bölünərək "Konstruktiv uyğunlaşma zənciri" adlı praktik tapşırıq üzərində çalışıblar. Qrup işi zamanı müəllimlər tədris etdikləri fənlər üzrə mövcud təlim nəticələrini təhlil edib, onları Bloom taksonomiyasının idrak səviyyələri və SMART meyarları baxımından qiymətləndiriblər. Daha sonra həmin nəticələrə uyğun tədris fəaliyyətləri, öyrənmə strategiyaları və qiymətləndirmə tapşırıqları hazırlayıblar. Hazırlanan nümunələr təqdim olunaraq müxtəlif fənlər üzrə tətbiq imkanları müqayisəli şəkildə müzakirə edilib.

Təlim müddətində iştirakçılar tərəfindən nəticəyönümlü tədrisin tətbiqində qarşıya çıxan praktik məsələlər, qiymətləndirmə alətlərinin seçilməsi, öyrənmə nəticələrinin ölçülməsi və müasir tədris metodlarının tətbiqi ilə bağlı çoxsaylı suallar səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Təlimin interaktiv formatı iştirakçıların mövzuya fəal cəlb olunmasına, nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsinə və peşəkar təcrübə mübadiləsinin aparılmasına əlverişli şərait yaradıb.

Tədbirin sonunda Təlim və Metodologiya Mərkəzinin rəhbəri Mülayim Bağırova çıxış edərək nəticəyönümlü tədris modelinin universitetdə keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu istiqamətdə keçirilən metodiki təlimlər professor-müəllim heyətinin peşəkar inkişafına, müasir tədris texnologiyalarının mənimsənilməsinə və təhsil proqramlarının beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılmasına mühüm töhfə verir. Mülayim Bağırova təlimin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib.

Təlim müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb. İştirakçılar tədbirin praktik əhəmiyyətini yüksək qiymətləndirərək əldə etdikləri biliklərin tədris prosesində tətbiqinin vacibliyini vurğulayıblar. Sonda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Nuray Babayeva

Xəbər Lenti

Vasif Qurbanzadə: Şuşadakı Vaqif Poeziya Günlərində “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək17.07.2026 - 08:12
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb17.07.2026 - 08:07
Azərbaycan xoru İstanbul Beynəlxalq Xor Festivalında uğurla çıxış edib17.07.2026 - 07:39
Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb17.07.2026 - 07:33
Çinin Ay missiyaları ADU-da keçirilən mühazirənin mövzusu olub17.07.2026 - 07:29
Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı tədbir təşkil olunub17.07.2026 - 07:20
Şanxayda Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradılıb17.07.2026 - 07:06
“Korreksiyaedici təlim ən məsuliyyətli peşələrdən biridir” – ADPU tələbəsi17.07.2026 - 06:45
“Gənclərin dini və mənəvi problemləri” çox ciddi mövzudur. Həddindən artıq aktual bir mövzudur-İlahiyyatçı Təyyar Hüseynli17.07.2026 - 06:15
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir17.07.2026 - 05:58
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq17.07.2026 - 05:50
"Bəzən universitetin və ixtisasın düzgünlüyü nəticənin uğurlu olmasına gətirib çıxarmır"-Təhsil eksperti Elçin Süleymanov17.07.2026 - 05:30
ADNSU-da UI GreenMetric 2026 çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək17.07.2026 - 05:11
"Xaricdə təhsil seçimi yalnız universitetin reytinqinə və ya ölkənin populyarlığına əsaslanmamalıdır"- Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı17.07.2026 - 04:55
Rektor Nurəli Yusifbəyli “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib17.07.2026 - 04:43
ADNSU beynəlxalq akkreditasiya sahəsində uğurlarını davam etdirir17.07.2026 - 04:37
BMU tələbələri Pekində süni intellekt və mədəni irs tədbirlərinə qatılıblar17.07.2026 - 04:29
I kurs tələbəsi vəfat etdi17.07.2026 - 04:20
"Xaricdə təhsil sizə düşündüyünüzdən də çox təcrübələr qatacaq"- INHA məzunu Jalə Kərimli17.07.2026 - 04:12
Vətəndaş müraciətlərinin statistikası17.07.2026 - 04:03
"Zəfər" yay düşərgəsi keçiriləcək16.07.2026 - 18:55
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim etdi16.07.2026 - 18:15
ADAU tələbələri Yayfest 2026-da uğurla təmsil olunur16.07.2026 - 17:45
MDU ilə Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb16.07.2026 - 17:20
Qusarda dini diskurs və media etikası ətrafında fikir mübadiləsi aparılıb16.07.2026 - 17:04
Beynəlxalq yarışlarda fərqlənən peşə təhsili tələbələri ilə görüş keçirildi16.07.2026 - 16:51
BMU-da yeni ixtisaslaşma: “Maliyyə nəzarəti və audit”16.07.2026 - 16:47
Beynəlxalq fənn olimpiadası qalibləri ilə görüş keçirilib16.07.2026 - 16:43
MİQ üzrə günün REKORD nəticəsi - 18 ilin müəllimi 98.75 bal TOPLADI16.07.2026 - 16:33
Magistratura üzrə qabiliyyət imtahanlarına start verildi16.07.2026 - 16:13
Uğursuzluqdan sonra necə yenidən motivasiya toplaya bilərik? - Mirsadiq Muxtarov16.07.2026 - 15:53
Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə yeni xidmət yaradılıb16.07.2026 - 15:47
ATMU-da 2026/2027-ci tədris ili üçün qəbul müsahibələri başlayıb - FOTOLAR16.07.2026 - 15:34
Boş qalan kollec plan yerlərinin SİYAHISI16.07.2026 - 15:23
19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI16.07.2026 - 15:03
ATU-nun beynəlxalq uğuru - FOTOLAR16.07.2026 - 13:38
UNEC-in kollecində əlavə təhsil üçün qeydiyyat keçirilib - FOTOLAR16.07.2026 - 13:30
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb - FOTOLAR16.07.2026 - 13:17
ADU-da magistr dissertasiyalarının müdafiəsi uğurla keçirilib - FOTOLAR16.07.2026 - 13:11
BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılacaq16.07.2026 - 13:04
UFAZ tələbələri texnologiya və innovasiya üzrə VISTAR proqramına qəbul olunublar - FOTOLAR16.07.2026 - 12:55
AzTU-da müdafiə sənayesi üçün yeni mühəndislərin hazırlanması istiqamətində işlər davam edir - FOTOLAR16.07.2026 - 12:47
Odlar Yurdu Universitetinin tələbəsi “Cyber Summer School 2026” düşərgəsini uğurla başa vurub - FOTOLAR16.07.2026 - 12:43
631 bal toplayan abituriyent Qarabağ Universitetini seçib16.07.2026 - 12:37
"Dini mövzuların təqdimatında obyektivlik vacibdir" - Gündüz İsmayılov16.07.2026 - 12:32
BMU-da magistratura səviyyəsində “Maliyyə nəzarəti və audit” ixtisaslaşması açılıb16.07.2026 - 12:25
NDU-nun hüquq tələbələrinə “Azərbaycan Vəkili” təqaüdü veriləcək16.07.2026 - 12:20