Təhsil 365 - Logo Mobile

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

14017.07.2026 - 05:50
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə "Polygraf AI" startapı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, əməkdaşlığın əsas məqsədi Azərbaycanın innovasiya və rəqəmsal inkişaf ekosisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının təhlükəsiz və məsuliyyətli tətbiqinin təşviqi, yerli istedadların inkişaf etdirilməsi, həmçinin qlobal bazarlarda rəqabət aparmaq potensialına malik texnologiya şirkətlərinin formalaşmasına dəstək göstərilməsidir.

Əməkdaşlıq Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının məqsəd və prioritetlərinə, habelə Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq həyata keçiriləcək.

Memorandum çərçivəsində Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionlarına xidmət göstərəcək regional Mükəmməllik Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzin mühəndislik, məhsul hazırlanması və texnoloji həllərin tətbiqi üzrə regional platforma kimi fəaliyyət göstərməsi, daha sonra isə texnologiya, mühəndislik və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış yerli komandanın formalaşdırılması planlaşdırılır.

Uzunmüddətli tərəfdaşlıq Azərbaycanın rəqəmsal transformasiya gündəliyinə dəstək göstərməyi, "Polygraf AI"ın texnologiya və təcrübəsinin milli innovasiya ekosisteminin gücləndirilməsində tətbiqi imkanlarını araşdırmağı, eləcə də Azərbaycanın məsuliyyətli süni intellekt üzrə regional mərkəz kimi mövqeyinin möhkəmləndirilməsini əhatə edir.

Əməkdaşlıq çərçivəsində süni intellekt, maşın öyrənməsi, məlumatların məxfiliyi, kibertəhlükəsizlik və süni intellektin idarə olunması sahələrində yerli insan kapitalının inkişafına xüsusi diqqət yetiriləcək. Bu istiqamətdə texnoparklar, ali təhsil müəssisələri və Azərbaycan İnnovasiya Mərkəzi ilə əməkdaşlıq əsasında təlim proqramlarının, vörkşopların, masterklasların, mentorluq və təcrübə proqramlarının, eləcə də bilik və təcrübə mübadiləsi təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Polygraf AI" azərbaycanlı sahibkar Yaqub Rəhimov tərəfindən təsis edilmiş süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq startapdır. Şirkət dövlət qurumlarına və biznes subyektlərinə süni intellektdən təhlükəsiz istifadə etməyə, məxfi məlumatların qorunmasına, kibertəhdidlərin qarşısının alınmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan verən texnologiyalar hazırlayır.

Hazırda "Polygraf AI" həlləri dünyanın müxtəlif ölkələrində dövlət, maliyyə və korporativ sektorlarda tətbiq olunur. Şirkət Fortune 500 siyahısına daxil olan korporasiyalar da daxil olmaqla beynəlxalq texnologiya tərəfdaşları və təşkilatlarla əməkdaşlıq edir. Onun hazırladığı texnoloji həllər Gartner, IDC, Omdia və Frost & Sullivan kimi aparıcı beynəlxalq analitik şirkətlər tərəfindən tanınıb.

Son illərdə startap bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub, milyonlarla dollar həcmində investisiya cəlb edib və süni intellekt təhlükəsizliyi sahəsində ən perspektivli şirkətlərdən biri kimi qiymətləndirilir.

İRİA ilə "Polygraf AI" arasında Anlaşma Memorandumu həmçinin Azərbaycanın startap və texnologiya ekosisteminin inkişafının dəstəklənməsini, texnopark rezidentləri, startaplar və innovatorlarla əməkdaşlığın genişləndirilməsini, tətbiqi süni intellekt və dərin texnologiyalar sahəsində sahibkarlıq ətrafında yerli icmanın formalaşdırılmasını ehtiva edir.

Tərəflər süni intellekt, süni intellekt təhlükəsizliyi və idarəçiliyi, məlumatların məxfiliyi, saxta və sintetik məzmunun aşkarlanması, eləcə də digər yeni texnologiyalar üzrə birgə fəaliyyət imkanlarını araşdıracaqlar. Bu fəaliyyətə Azərbaycanın dövlət və özəl sektorunun ehtiyaclarına uyğun pilot layihələrin, konsepsiyanın təsdiqi layihələrinin və tətbiqi tədqiqatların həyata keçirilməsi daxildir.

Əməkdaşlığın digər istiqaməti Azərbaycan texnologiya diasporunun təcrübə və beynəlxalq əlaqələrindən istifadə etməklə ölkənin innovasiya ekosistemi ilə dünyanın aparıcı innovasiya mərkəzləri arasında əlaqələrin gücləndirilməsidir. Bu çərçivədə mentorluq, investisiyaların cəlb edilməsi, qabaqcıl bilik və təcrübənin Azərbaycana ötürülməsi üçün yeni imkanların yaradılması nəzərdə tutulur.

Memoranduma əsasən, İRİA tərəfindən hazırlanmış və ya koordinasiya olunan rəqəmsal məhsul və xidmətlərin beynəlxalq bazarlarda təşviqi və kommersiyalaşdırılması istiqamətində də əməkdaşlıq ediləcək. "Polygraf AI" və İRİA-nın strateji əməkdaşlıq əlaqələrinin mövcud olduğu ölkələrdə, xüsusilə Afrika bazarlarında Azərbaycanın rəqəmsal həllərinin bazara çıxışının asanlaşdırılması, kommersiya tərəfdaşlıqlarının qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır.

Bu istiqamətdə ekosistem daxilində fəaliyyətin koordinasiyası, dövlət qurumları və özəl sektor nümayəndələri ilə əlaqələrin yaradılması, B2B və B2G görüşlərinin təşkili, ticarət və investisiyaların təşviqi tədbirləri, eləcə də Azərbaycan rəqəmsal məhsullarının qlobal əhatə dairəsinin genişləndirilməsinə xidmət edən digər təşəbbüslərin reallaşdırılması nəzərdən keçiriləcək.

Qeyd edək ki, imzalanmış Anlaşma Memorandumu Azərbaycanda süni intellekt və dərin texnologiyalar sahəsində yerli potensialın gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və ölkənin regional innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Nuray Babayeva

Xəbər Lenti

5 peşə üzrə mütəxəssislər bilik qiymətləndirməsindən keçib01.09.2026 - 08:20
Dünyanın bir çox yerində bu gün ilk dərs günüdür01.09.2026 - 08:10
Lerikdə direktor dünyasını dəyişdi01.09.2026 - 08:00
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ01.09.2026 - 06:58
“Ürəkli Danış, Səhnə Sənindir” Kitabı Kitabxananın Səsli Kitab Fonduna Daxil Edilib01.09.2026 - 06:34
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub01.09.2026 - 06:23
Azıx mağarasında aparılan tədqiqatlarla tanışlıq olub01.09.2026 - 05:58
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir01.09.2026 - 05:47
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb01.09.2026 - 05:39
TOEFL iBT imtahanı keçiriləcək01.09.2026 - 05:30
Fizika və elektronika departamentinin müdiri Çində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqatda01.09.2026 - 05:21
“Kimya Müəllimliyi üzrə İntensiv Yay Məktəbi” müxtəlif universitetlərin kimya tələbələrini bir araya gətirir 01.09.2026 - 05:12
Erasmus+ proqramı çərçivəsində seçilmiş tələbələr üçün səfərqabağı məlumatlandırma sessiyası keçirilib 01.09.2026 - 05:03
Tarix və arxeologiya departamentinin müəllimi arxeoloji tədqiqatda 01.09.2026 - 04:54
ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub01.09.2026 - 04:45
Bu gün 29 dərəcə isti olacaq01.09.2026 - 04:36
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir01.09.2026 - 04:27
ADNSU-da gənc tədqiqatçılarla görüş keçirilib01.09.2026 - 04:18
Akkreditasiya və keyfiyyət təminatı şöbəsi ilə universitetin inzibati heyəti arasında görüş keçirilib01.09.2026 - 04:09
Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi01.09.2026 - 04:02
Magistraturanın boş yerlərinə qəbul nəticələri açıqlandı31.08.2026 - 14:53
Kitabdan ekrana: Uşaqlar niyə əvvəlki kimi oxumur?31.08.2026 - 14:07
Tanınmış tarixçi bu abidələrimizə görə çox narahatdır31.08.2026 - 13:15
Sentyabrda buraxılış imtahanı olacaq31.08.2026 - 11:00
BSU əməkdaşı Polşada beynəlxalq yay məktəbində iştirak edib31.08.2026 - 10:50
Azərbaycan-Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ31.08.2026 - 10:40
Qarabağ gəncləri üçün 5 günlük DÜŞƏRGƏ31.08.2026 - 10:30
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır31.08.2026 - 10:20
Kolleclərə qəbulda qeydiyyat müddəti UZADILDI31.08.2026 - 10:10
MDU yeni tərəfdaşlıqlara imza atır31.08.2026 - 10:00
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarına rəng qatıb31.08.2026 - 09:50
Azərbaycanlı arxeoloqların elmi məqalələri beynəlxalq nəşriyyatda YER ALIB31.08.2026 - 09:40
Azərbaycanda təhsil alan qırğızıstanlı tələbələrdə artım31.08.2026 - 09:30
Sabaha olan hava proqnozu31.08.2026 - 09:20
Sinirlərin bərpasına mane olan mexanizm AŞKARLANDI31.08.2026 - 09:10
“GeoCamp” tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ilə görüş31.08.2026 - 09:00
BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb31.08.2026 - 08:50
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfər edib31.08.2026 - 08:40
Uşaqlar üçün kitabxana və dərnəklərın sayı 3 dəfə AZALIB31.08.2026 - 08:30
Ali təhsil müəssisələrində süni intellekt təhsili genişləndirilir31.08.2026 - 08:20
Yaponiyada ali təhsil sistemində mühüm dəyişikliklər olacaq31.08.2026 - 08:10
Dərs yükü şagirdlərin sağlamlığına necə təsir edir? - Həkimdən açıqlama31.08.2026 - 08:00
Süni intellekt nəzarətdən çıxır? 31.08.2026 - 07:50
FHN-dən hava şəraiti ilə bağlı əhaliyə müraciət31.08.2026 - 07:40
Həkimdən xəbərdarlıq31.08.2026 - 07:30
Kainatın genişlənməsi ilə bağlı YENİ KƏŞF31.08.2026 - 07:20
37 BMU tələbəsi Çində təhsil alacaq – İKİLİ DİPLOM İMKANI31.08.2026 - 07:10
Yağışlı hava şəraiti ilə bağlı polisdən xəbərdarlıq31.08.2026 - 07:00