Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb

13917.07.2026 - 07:33
Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb

Azərbaycan Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul planını təsdiqləyib.

“Tehsil365” bildirir ki, yeni tədris ili üçün 24 ixtisas üzrə ümumilikdə 1155 plan yeri ayrılıb. Onlardan 1035-i Azərbaycan, 120-si isə ingilis bölməsi üçün nəzərdə tutulub. Ötən tədris ilində bu göstəricilər müvafiq olaraq 1075, 995 və 80 olub.

Bildirilib ki, Azərbaycan Universiteti bakalavriat səviyyəsi üzrə dövlət sifarişi əsasında tələbə qəbulunun müsabiqəsində də iştirak edir. Universitetin bütün bakalavriat ixtisaslarına dövlət sifarişi əsasında qəbul mümkündür. Bundan əlavə, qəbul formasından asılı olmayaraq, universitetin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılıb. 2026/2027-ci tədris ili üzrə qəbul planı hazırlanarkən abituriyentlərin ixtisas seçim meyilləri ilə yanaşı, əmək bazarının tələbləri nəzərə alınıb. Bu məqsədlə həm abituriyentlər arasında populyar olan, həm də əmək bazarında yüksək tələbat və geniş karyera perspektivləri ilə seçilən ixtisaslara daha çox qəbul yeri ayrılıb. Bu baxımdan informasiya texnologiyaları, biznesin idarə edilməsi, marketinq, sosial iş, dövlət və ictimai münasibətlər ixtisasları üzrə qəbul yerlərinin sayı daha çoxdur. Qəbul planına əsasən, ən çox yer ayrılan ixtisaslar bunlardır: sosial iş (əyani və qiyabi, Azərbaycan və ingilis bölmələri üzrə 100 yer), turizm işinin təşkili (əyani və qiyabi, Azərbaycan və ingilis bölmələri üzrə 100 yer), dövlət və ictimai münasibətlər (90 yer), biznesin idarə edilməsi (Azərbaycan və ingilis bölmələri üzrə 80 yer), marketinq (Azərbaycan və ingilis bölmələri üzrə 80 yer), mühasibat (Azərbaycan və ingilis bölmələri üzrə 60 yer) və informasiya texnologiyaları (50 yer).

Azərbaycan Universiteti tələbələrin beynəlxalq akademik və peşəkar mühitə inteqrasiyasını, eləcə də rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasını dəstəkləmək məqsədilə bu il də bir sıra ixtisaslar üzrə ingilis bölməsinə qəbulu davam etdirəcək. İnformasiya təhlükəsizliyi, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat, turizm işinin təşkili və sosial iş ixtisaslarına Azərbaycan bölməsi ilə yanaşı, ingilis bölməsi üzrə də qəbul aparılacaq. Bu ixtisaslara qəbul olunan tələbələr üçün birillik ingilis dili hazırlıq mərhələsi nəzərdə tutulur. IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı) və ya PTE (50 və yuxarı) beynəlxalq sertifikatına malik abituriyentlər hazırlıq mərhələsindən azad olunaraq birbaşa ixtisas təhsilinə başlayacaqlar.

Qeyd edək ki, bu ixtisaslara dövlət sifarişi əsasında qəbul olunan tələbələr üçün dövlət maliyyələşdirməsi yalnız ixtisas təhsilinin dörd ilini əhatə edir. Bu səbəbdən ingilis dili hazırlıq mərhələsinin təhsil haqqı universitetin mövcud qaydalarına uyğun olaraq tələbə tərəfindən ödənilir.

Fidan Məmmədli

Xəbər Lenti

Vasif Qurbanzadə: Şuşadakı Vaqif Poeziya Günlərində “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək17.07.2026 - 08:12
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb17.07.2026 - 08:07
Azərbaycan xoru İstanbul Beynəlxalq Xor Festivalında uğurla çıxış edib17.07.2026 - 07:39
Çinin Ay missiyaları ADU-da keçirilən mühazirənin mövzusu olub17.07.2026 - 07:29
Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı tədbir təşkil olunub17.07.2026 - 07:20
Şanxayda Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradılıb17.07.2026 - 07:06
“Korreksiyaedici təlim ən məsuliyyətli peşələrdən biridir” – ADPU tələbəsi17.07.2026 - 06:45
“Gənclərin dini və mənəvi problemləri” çox ciddi mövzudur. Həddindən artıq aktual bir mövzudur-İlahiyyatçı Təyyar Hüseynli17.07.2026 - 06:15
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir17.07.2026 - 05:58
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq17.07.2026 - 05:50
ADU-da nəticəyönümlü tədrisə dair təlim keçirilib17.07.2026 - 05:41
"Bəzən universitetin və ixtisasın düzgünlüyü nəticənin uğurlu olmasına gətirib çıxarmır"-Təhsil eksperti Elçin Süleymanov17.07.2026 - 05:30
ADNSU-da UI GreenMetric 2026 çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək17.07.2026 - 05:11
"Xaricdə təhsil seçimi yalnız universitetin reytinqinə və ya ölkənin populyarlığına əsaslanmamalıdır"- Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı17.07.2026 - 04:55
Rektor Nurəli Yusifbəyli “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib17.07.2026 - 04:43
ADNSU beynəlxalq akkreditasiya sahəsində uğurlarını davam etdirir17.07.2026 - 04:37
BMU tələbələri Pekində süni intellekt və mədəni irs tədbirlərinə qatılıblar17.07.2026 - 04:29
I kurs tələbəsi vəfat etdi17.07.2026 - 04:20
"Xaricdə təhsil sizə düşündüyünüzdən də çox təcrübələr qatacaq"- INHA məzunu Jalə Kərimli17.07.2026 - 04:12
Vətəndaş müraciətlərinin statistikası17.07.2026 - 04:03
"Zəfər" yay düşərgəsi keçiriləcək16.07.2026 - 18:55
Müdafiə sənayesi naziri AzTU rektoruna təşəkkürnamə təqdim etdi16.07.2026 - 18:15
ADAU tələbələri Yayfest 2026-da uğurla təmsil olunur16.07.2026 - 17:45
MDU ilə Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb16.07.2026 - 17:20
Qusarda dini diskurs və media etikası ətrafında fikir mübadiləsi aparılıb16.07.2026 - 17:04
Beynəlxalq yarışlarda fərqlənən peşə təhsili tələbələri ilə görüş keçirildi16.07.2026 - 16:51
BMU-da yeni ixtisaslaşma: “Maliyyə nəzarəti və audit”16.07.2026 - 16:47
Beynəlxalq fənn olimpiadası qalibləri ilə görüş keçirilib16.07.2026 - 16:43
MİQ üzrə günün REKORD nəticəsi - 18 ilin müəllimi 98.75 bal TOPLADI16.07.2026 - 16:33
Magistratura üzrə qabiliyyət imtahanlarına start verildi16.07.2026 - 16:13
Uğursuzluqdan sonra necə yenidən motivasiya toplaya bilərik? - Mirsadiq Muxtarov16.07.2026 - 15:53
Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə yeni xidmət yaradılıb16.07.2026 - 15:47
ATMU-da 2026/2027-ci tədris ili üçün qəbul müsahibələri başlayıb - FOTOLAR16.07.2026 - 15:34
Boş qalan kollec plan yerlərinin SİYAHISI16.07.2026 - 15:23
19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI16.07.2026 - 15:03
ATU-nun beynəlxalq uğuru - FOTOLAR16.07.2026 - 13:38
UNEC-in kollecində əlavə təhsil üçün qeydiyyat keçirilib - FOTOLAR16.07.2026 - 13:30
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb - FOTOLAR16.07.2026 - 13:17
ADU-da magistr dissertasiyalarının müdafiəsi uğurla keçirilib - FOTOLAR16.07.2026 - 13:11
BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılacaq16.07.2026 - 13:04
UFAZ tələbələri texnologiya və innovasiya üzrə VISTAR proqramına qəbul olunublar - FOTOLAR16.07.2026 - 12:55
AzTU-da müdafiə sənayesi üçün yeni mühəndislərin hazırlanması istiqamətində işlər davam edir - FOTOLAR16.07.2026 - 12:47
Odlar Yurdu Universitetinin tələbəsi “Cyber Summer School 2026” düşərgəsini uğurla başa vurub - FOTOLAR16.07.2026 - 12:43
631 bal toplayan abituriyent Qarabağ Universitetini seçib16.07.2026 - 12:37
"Dini mövzuların təqdimatında obyektivlik vacibdir" - Gündüz İsmayılov16.07.2026 - 12:32
BMU-da magistratura səviyyəsində “Maliyyə nəzarəti və audit” ixtisaslaşması açılıb16.07.2026 - 12:25
NDU-nun hüquq tələbələrinə “Azərbaycan Vəkili” təqaüdü veriləcək16.07.2026 - 12:20