Naxçıvan Dövlət Universiteti (NDU) ilə Macarıstanın Con Fon Neyman Universiteti arasında həyata keçirilən İkili Diplom Proqramı çərçivəsində tələbələr üçün yeni beynəlxalq təhsil imkanı yaradılıb.
“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində “Kompüter mühəndisliyi” ixtisası üzrə (tədrisi ingilis dilində) qəbul aparılır.
İkili Diplom Proqramı tələbələrə hər iki universitetin təhsil imkanlarından yararlanmaq və beynəlxalq səviyyədə tanınan iki diplom əldə etmək imkanı verir.
Proqram çərçivəsində tələbələr müasir kompüter mühəndisliyi üzrə bilik və bacarıqlar qazanacaq, beynəlxalq standartlara uyğun təhsil alacaq və qlobal əmək bazarında rəqabət üstünlüyü əldə edəcəklər.
Proqramın əsas üstünlükləri:
iki universitetin diplomunu əldə etmək imkanı;
tədrisin tam ingilis dilində aparılması;
beynəlxalq akademik və peşəkar inkişaf imkanları;
müasir mühəndislik biliklərinin əldə edilməsi.

