Təhsil 365 - Logo Mobile

"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu

16017.07.2026 - 13:07
"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu

“Azərbaycan ədəbiyyatında bir çox mövzular var ki, onlar həm keçmişdə, həm də bu gün geniş şəkildə işlənib. Tarixi mövzular, milli kimlik, müharibə, sosial problemlər və mədəniyyətimizlə bağlı məsələlər ədəbiyyatımızda daha çox müraciət olunan mövzulardandır”.

Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq, filosof və yazıçı Rövşən Abdullaoğlu bildirib.

Onun sözlərinə görə, müasir Azərbaycan ədəbiyyatının bu gün ən çox ehtiyac duyduğu istiqamətlərdən biri insana və cəmiyyətə yeni baxışdır.

“Lakin düşünürəm ki, müasir Azərbaycan ədəbiyyatının bu gün ən çox ehtiyac duyduğu istiqamətlərdən biri insana və cəmiyyətə yeni baxışdır. Müasir insanın daxili aləmi, tənhalığı, kimlik böhranı, cəmiyyətə adaptasiyası, travmaları, eləcə də ekzistensial mövzular – həyatın mənası, mənasızlığı, insanın cəmiyyətdə və həyatda yeri kimi məsələlər daha çox qələmə alınmalıdır.”

Yazıçı hesab edir ki, texnologiyanın dəyişdirdiyi müasir cəmiyyət və insanın bu mühitdə yeri də ədəbiyyatda daha geniş işlənməli mövzulardandır.

“Texnologiyanın dəyişdirdiyi müasir cəmiyyət, texnoloji mühitdə insanın yeri də yeni mövzulardır. Bu, insana fərqli rakursdan yanaşmaqdır. Düşünürəm ki, bu mövzular müasir ədəbiyyatımızda kifayət qədər işlənməyib və daha dərin, daha bədii şəkildə ifadə olunmalıdır.

Yazıçı yalnız hadisəni danışmamalıdır, eyni zamanda insan ruhunda, beynində baş verən hadisələri, keçmişin və gələcəyin insana təsirini, gələcəklə bağlı qorxuları, gələcəklə bağlı ümidlərin təsirini də qələmə almalıdır.”

O vurğulayıb ki, müharibə mövzusu ilə yanaşı, müharibədən sonrakı nəslin düşüncələri və müharibənin gələcək nəsillərə təsiri də bədii əsərlərdə əksini tapmalıdır.

“Biz müharibədən yazırıq, lakin müharibədən sonrakı nəslin düşüncələri, müharibənin gələcək nəsillərə təsiri də bədii şəkildə işlənməlidir. Psixoloji dərinliyə malik ədəbiyyata, daha cəsarətli mövzulara ehtiyac var.”

Yazıçı hesab edir ki, bu mövzular dünya oxucusunun anlaya biləcəyi formada, ümumbəşəri dildə təqdim olunmalı və milli dəyərlərlə uzlaşdırılmalıdır.

“Eyni zamanda bu mövzular dünya oxucusunun anlaya biləcəyi formada, ümumbəşəri dildə təqdim olunmalıdır. Mövzularımız və onların təqdimat forması yalnız lokal çərçivədə qalmamalıdır.

Burada vacib məqam ondan ibarətdir ki, yenilik milli köklərdən uzaqlaşmaq demək deyil. Müasir dövrün tələblərinə cavab vermək, insana yeni baxış gətirmək milli dəyərlərdən imtina etmək anlamına gəlmir

Əgər ölkə ədəbiyyatını dövrün tələblərinə uyğunlaşdırmaq istəyiriksə, həmişəyaşar, heç vaxt köhnəlməyən mövzulara müraciət etməliyik. Bu mövzular insanın psixoloji və mənəvi dərinliyi ilə bağlıdır. Ekzistensial mövzular da məhz bu kateqoriyaya daxildir. Onlar hər zaman aktual olub, insan üçün dəyər daşıyıb və bütün insanların maraq dairəsindədir.

Yeni mövzulara Azərbaycan insanının baxış bucağından yanaşmaq, bu mövzularda milliliyi, milli üslubu, özünəməxsus təfəkkürü və baxış tərzini qorumaq vacibdir.”

Sonda yazıçı qeyd edib ki, müasir ədəbiyyatda yeni mövzulara müraciət edilərkən milli kimliyin və özünəməxsus baxış tərzinin qorunması xüsusi əhəmiyyət daşıyır.

Zümrüd Əlicanlı

Xəbər Lenti

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu18.10.2026 - 09:43
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00
Füzulidə Şəhər Günü keçirildi17.10.2026 - 18:55
ADNSU elmi seminar keçirdi17.10.2026 - 18:40
ADNSU tələbələri institutda oldular17.10.2026 - 18:35
ADNSU Astanada sərgiyə qatıldı17.10.2026 - 18:25
ADU rektoru görüş keçirdi17.10.2026 - 18:15
Gəncə terrorundan 6 il ötür17.10.2026 - 13:30
Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır?17.10.2026 - 13:20
Azərbaycanda dövlət qurumlarının saytına giriş dayandı17.10.2026 - 13:17
Bakıda yeni müntəzəm avtobus marşrutu açılır17.10.2026 - 13:00
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər17.10.2026 - 12:58
Yunanıstanda 8 türk məktəbi bağlanıb17.10.2026 - 12:56
Romada məktəblilər Təhsil Nazirliyinə hücum etdi 17.10.2026 - 12:54
Sabah 31 dərəcə isti olacaq17.10.2026 - 12:52
Britaniyada məktəblərdə şagirdlərin danışıq bacarıqları da qiymətləndiriləcək17.10.2026 - 12:51
IELTS sertifikatına görə əlavə ballar ləğv edilə bilər17.10.2026 - 12:49
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır17.10.2026 - 12:48
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib17.10.2026 - 12:44
Azərbaycan məktəbli geyimində Avropaya nümunədir - İsveçrə mediası17.10.2026 - 12:41
Xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib17.10.2026 - 12:39
Qarabağ Universiteti “Rebuild Garabagh” hakatonunda 4-cü yeri tutub17.10.2026 - 12:37
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib17.10.2026 - 12:30
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.10.2026 - 12:27
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb17.10.2026 - 12:22
İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb17.10.2026 - 12:21
G20 Dinlərarası Forumu çərçivəsində görüşlər baş tutub17.10.2026 - 12:18
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir17.10.2026 - 12:15
DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edildi17.10.2026 - 08:30
Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər17.10.2026 - 08:23
Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Xankəndidə Rektorlar Forumu keçirildi16.10.2026 - 20:00
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35