Altıncı “Yüksəliş” müsabiqəsində iştirak edən qadınların sayının az olduğu bildirilib.
“Tehsil365” xəbər verir ki, bunu altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, müsabiqədə iştirak edənlərin əsas yaş qrupu 21-30 yaş aralığındadır.
F.Hacıyevin sözlərinə görə, iştirakçıların təhsil göstəricilərinə əsasən, 121 nəfər bakalavriat, 61 nəfər magistratura, 12 nəfər isə doktorantura təhsili alır.
O qeyd edib ki, universitet məzunlarının təmsilçiliyinə görə ilk sıralarda Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası və Dövlət İdarəçilik Akademiyasının məzunları yer alır.
“Yüksəliş” İşçi Qrupunun rəhbəri əlavə edib ki, yarımfinal mərhələsində dövlət sektorunun nümayəndələri üstünlük təşkil edib, final mərhələsində isə özəl sektor təmsilçilərinin sayı daha çoxdur.

