Azərbaycan Texniki Universitetinin təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğu təsdiqlənib. Universitetin 20 tədris proqramı Almaniyanın nüfuzlu AQAS agentliyi tərəfindən akkreditasiya olunub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) 20 tədris proqramı Almaniyanın nüfuzlu AQAS agentliyi tərəfindən beynəlxalq akkreditasiyadan keçib.
Bu nailiyyət universitetdə təhsilin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və beynəlxalq standartlara uyğun inkişaf istiqamətində atılan addımların göstəricisi kimi qiymətləndirilir.
Bildirilib ki, AzTU bu uğurla qlobal təhsil məkanında mövqeyini daha da gücləndirir və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

