“Tehsil365” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahanda iştirak edən abituriyentlərin nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, eləcə də qiymətləndirmə meyarları ilə bağlı məlumat yayıb.:
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə dim.gov.az saytında tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

