II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
“Tehsil365” xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 277.3 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğludur. O, imtahanın birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı, Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbinin məzunu Mənsimli Orxan Zaur oğlu göstərib.
Məmmədzadə Əli Musa oğlu hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent olub. O, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

