Sumqayıt Dövlət Universiteti xarici tələbələrin ali təhsil almasına dəstək məqsədilə “Parlaq Gələcək” təqaüd proqramını təqdim edib.
“Tehsil365” xəbər verir ki, proqram Sumqayıt Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil almaq istəyən 100 beynəlxalq tələbə üçün nəzərdə tutulub.
Təqaüd proqramı çərçivəsində seçilən tələbələr tam təhsil haqqından azad ediləcək və universitet yataqxanasında ödənişsiz yaşayışla təmin olunacaqlar.
Ətraflı məlumat üçün: https://sdu.edu.az/az/foreign_t

