Bakı Dövlət Universitetinin (BDU) 12 tələbəsi beynəlxalq səviyyəli intensiv "IT SkillSprint" təhsil proqramını uğurla başa vuraraq məzun olub.
“Tehsil365” xəbər verir ki, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələri və SABAH qruplarında təhsil alan tələbələr proqramda iştirak ediblər.
Universiteti "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri" və "Riyaziyyat" ixtisasları üzrə III kurs tələbələri Kənan Rəsulov, Raul İbrahimov, Selcan Xasıyeva, Zərifə Musayeva, Asif Habilov, Cəmil Cəfərli, Ayxan Ağayev, Yunis Sadiq, Yaqut Rəsulbəyli, İslam Səmədov, Qurbanəli Qurbanəliyev və Turan Babasoy təmsil edib.
Proqram çərçivəsində yüksək nəticə göstərən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Cəmil Cəfərlinin ekoloji problemlərin həllinə yönəlmiş "Grove" layihəsi final hakatonunda Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

