Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 11-ci sinif məzunları və onların valideynləri üçün "Açıq qapı" günü təşkil olunacaq.
“Tehsil365” xəbər verir ki, tədbir iyulun 20-də saat 11:00-da UNEC-in III tədris binasında keçiriləcək.
"Açıq qapı" günündə iştirakçılar universitetin tədris prosesi, təqdim olunan ixtisaslar, qəbul qaydaları, beynəlxalq imkanlar, tələbə həyatı və digər üstünlüklər barədə ətraflı məlumat əldə edə biləcəklər.
Həmçinin tədbir çərçivəsində abituriyentlər universitet nümayəndələri və müəllimlərlə birbaşa ünsiyyət qurmaq, suallarını cavablandırmaq və gələcək ixtisas seçimi ilə bağlı peşəkar məsləhətlər almaq imkanı qazanacaqlar.
UNEC-də keçiriləcək "Açıq qapı" günündə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.
Tarix: 20 iyul
Saat: 11:00
Ünvan: Murtuza Muxtarov küçəsi 194

