Təhsil 365 - Logo Mobile

Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR

13817.07.2026 - 14:24
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR

Azərbaycanın ən böyük gənclər festivallarından biri olan “Yay Fest 2026” çərçivəsində ilk düşərgə – “Rəqəmsal Dövlət” uğurla yekunlaşıb.

“Tehsil365” xəbər verir ki, bu il keçirilən Yay Fest Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunub.

Festivalın ilk düşərgəsi olan “Rəqəmsal Dövlət” düşərgəsində ölkənin müxtəlif bölgələrindən olan gənclər iştirak edərək gələcəyin texnologiyaları, rəqəmsal bacarıqlar və innovativ düşüncənin formalaşması istiqamətində təşkil olunan zəngin proqram çərçivəsində maariflənmək, süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni yanaşmalarla tanış olmaq, eyni zamanda şəbəkələşmək imkanları əldə ediblər.

Düşərgə çərçivəsində ölkənin aparıcı jurnalistləri, universitet rektorları, dövlət qurumlarının nümayəndələri və süni intellekt mütəxəssislərinin təqdimatında gənclər üçün “Gələcəyin vətəndaşı: Rəqəmsal savadlılıq və Süni İntellekt”, “Rəqəmsal əsrdə tələblər və imkanlar” görüşləri, “Rəqəmsal dövlət: Vətəndaşlara xidmət və texnoloji transformasiya”, “Süni intellekt: Gələcəyin bacarığı”, “Rəqəmsal dünyada media: Yeni çağırışlar və strateji hədəflər” və “Gələcəyin insanı: Bacarıq yoxsa diplom?” adlı sessiyalar baş tutub.

Sessiyalar zamanı gənclər rəqəmsal texnologiyaların müasir cəmiyyətə təsiri, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal dövlət xidmətlərinin inkişaf istiqamətləri, media sahəsində dövrün yeniliklərinə uyğun baş verən dəyişiklikləri və gələcəyin peşə bacarıqları barədə geniş məlumat əldə edib, ekspertlərlə interaktiv müzakirələr apararaq bilik və bacarıqlarını zənginləşdiriblər.

Eyni zamanda gənclərin şəbəkələşməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Yay Fest rəngləri” master-klassı, intellektual oyun, müxtəlif idman yarışları, stolüstü oyunlar və haykinq üzrə təlim də düşərgənin maraq doğuran fəaliyyətləri sırasında yer alıb. Hər günün sonu isə DJ parti, gənclərin fərqli konseptlərdə təqdim etdiyi səhnə performansları və tonqalətrafı səmimi söhbətlərlə yadda qalıb.

Sentyabr ayının 4-dək davam edəcək və 2 mindən çox gəncin iştirakı edəcəyi festival çərçivəsində “Media və Rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” mövzularında mərhələli şəkildə daha yeddi düşərgə keçiriləcək.

Qeyd edək ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı sayılan Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/⁠ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün Yay Fest-in Instagram səhifəsini izləyə bilərsiniz.

Zümrüd Əlicanlı

Xəbər Lenti

ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Vətəndaş müraciətlərinin statistikası- Elm və Təhsil Nazirliyi 17.07.2026 - 15:06
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35
700 bal toplayan Zərifə İlyasovanın yeni hədəfi: Süni intellekt sahəsində inkişaf etmək17.07.2026 - 13:33
Dermatoloq dəriyə qulluq zamanı ən çox edilən səhvləri açıqladı17.07.2026 - 13:29
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olundu17.07.2026 - 13:28
AzTU-da Rəqəmsal Transformasiya Şurasının iclası keçirilib - FOTOLAR17.07.2026 - 13:23
“Yüksəliş” müsabiqəsində qadın iştirakçıların sayının az olduğu bildirilib17.07.2026 - 13:17
Azərbaycanlı doktorant Edqar Şahbazovdan mühüm biotexnologiya modeli17.07.2026 - 13:13
"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu17.07.2026 - 13:07
NDU və Con Fon Neyman Universitetindən ikili diplom imkanı17.07.2026 - 13:03
Vasif Qurbanzadə: Şuşadakı Vaqif Poeziya Günlərində “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək17.07.2026 - 08:12
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb17.07.2026 - 08:07
Azərbaycan xoru İstanbul Beynəlxalq Xor Festivalında uğurla çıxış edib17.07.2026 - 07:39
Azərbaycan Universiteti qəbul planını əmək bazarının tələblərinə uyğun formalaşdırıb17.07.2026 - 07:33
Çinin Ay missiyaları ADU-da keçirilən mühazirənin mövzusu olub17.07.2026 - 07:29
Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı tədbir təşkil olunub17.07.2026 - 07:20
Şanxayda Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatı yaradılıb17.07.2026 - 07:06
“Korreksiyaedici təlim ən məsuliyyətli peşələrdən biridir” – ADPU tələbəsi17.07.2026 - 06:45
“Gənclərin dini və mənəvi problemləri” çox ciddi mövzudur. Həddindən artıq aktual bir mövzudur-İlahiyyatçı Təyyar Hüseynli17.07.2026 - 06:15
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir17.07.2026 - 05:58
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq17.07.2026 - 05:50
ADU-da nəticəyönümlü tədrisə dair təlim keçirilib17.07.2026 - 05:41
"Bəzən universitetin və ixtisasın düzgünlüyü nəticənin uğurlu olmasına gətirib çıxarmır"-Təhsil eksperti Elçin Süleymanov17.07.2026 - 05:30
ADNSU-da UI GreenMetric 2026 çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək17.07.2026 - 05:11
"Xaricdə təhsil seçimi yalnız universitetin reytinqinə və ya ölkənin populyarlığına əsaslanmamalıdır"- Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı17.07.2026 - 04:55
Rektor Nurəli Yusifbəyli “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib17.07.2026 - 04:43
ADNSU beynəlxalq akkreditasiya sahəsində uğurlarını davam etdirir17.07.2026 - 04:37
BMU tələbələri Pekində süni intellekt və mədəni irs tədbirlərinə qatılıblar17.07.2026 - 04:29
I kurs tələbəsi vəfat etdi17.07.2026 - 04:20
"Xaricdə təhsil sizə düşündüyünüzdən də çox təcrübələr qatacaq"- INHA məzunu Jalə Kərimli17.07.2026 - 04:12
Vətəndaş müraciətlərinin statistikası17.07.2026 - 04:03
"Zəfər" yay düşərgəsi keçiriləcək16.07.2026 - 18:55