Sumqayıt şəhəri 35 nömrəli orta məktəbin məzunu Zamin Ramin oğlu Kərimov II ixtisas qrupu üzrə 690 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən məlumat verilib.
Zamin Kərimov qəbul imtahanının birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Qeyd edək ki, DİM iyulun 5-də keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

