Təhsil 365 - Logo Mobile

“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə

24817.07.2026 - 15:48
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə

"Özəlliklə son zamanlarda bu mövzu üzərində bir çox fikirlər mövcuddur. Təbii ki, natiq doğulur. İnsanın nitqi anadangəlmə xüsusiyyətlərlə başlasa da peşəkar natiqlik bacarığı məhz daim qazanılan təcrübə ilə formalaşır. Yaxşı natiq olmaq üçün düzgün nəfəs almaq, bədən dili və söz ehtiyatı kimi bacarıqlar məhz mütəmadi şəkildə edilən məşqlər, təcrübələrlə mümkündür. Bunun bariz nümunəsi kimi dünyanın ən məşhur natiqlərindən olan Demosfenin həyat hekayəsini oxumaq kifayət edir"

Bu fikirləri “Tehsil365”ə müsahibəsində Murad Hümbətov bildirib

– Yaxşı natiq doğulur, yoxsa sonradan formalaşır ?

– “Özəlliklə son zamanlarda bu mövzu üzərində bir çox fikirlər mövcuddur. Təbii ki, natiq doğulur. İnsanın nitqi anadangəlmə xüsusiyyətlərlə başlasa da peşəkar natiqlik bacarığı məhz daim qazanılan təcrübə ilə formalaşır. Yaxşı natiq olmaq üçün düzgün nəfəs almaq, bədən dili və söz ehtiyatı kimi bacarıqlar məhz mütəmadi şəkildə edilən məşqlər, təcrübələrlə mümkündür. Bunun bariz nümunəsi kimi dünyanın ən məşhur natiqlərindən olan Demosfenin həyat hekayəsini oxumaq kifayət edir.”

– Gənclərin natiqlik bacarığını inkişaf etdirməsi üçün hər gün edə biləcəyi ən faydalı məşq hansıdır ?

– “Təbii ki, nitqimizi inkişaf etdirəcək bir çox məşq var. Bu məşqlər dil və dodaq tənbəlliyimizi aradan qaldıra, bədən dilimizi inkişaf etdirə, səs tonumuzu istədiyimiz səviyyəyə gətirə bilər. Hər gün edə və vərdiş halına gətirə biləcəyiniz məşq kimi mən səsli şəkildə, doğru sürətlə kitab oxumağı tövsiyə edərəm. Beləcə həm dünya görüşümüz formalaşa, söz ehtiyyatımız zənginləşə, həm də nitqimiz kifayət qədər axıcı ola bilər.”

– Yaxşı natiq olmaq gələcək karyeraya hansı üstünlükləri qazandırır ?

–“ Sizlərin peşəkar natiq olmaq fikriniz olmasa belə səriştəli nitq və düzgün ünsiyyət bacarıqları həyatınızın hər bir dönəmində, özəlliklə də iş müsahibələrində, layihə təqdimatlarında və fəaliyyət göstərdiyiniz komandalarda sizi fərqli qılan özəllik olcaq.”

– İctimai çıxış etməkdən qorxan tələbələrə ilk tövsiyəniz nə olardı ?

– “Xüsusən tələbəykən gənclər səhnəyə, efirə çıxmaqdan ehtiyyat edirlər. Düşünürlər ki, hələ o səviyyədə deyillər. 1-ci kursdan səhnədə aparıcılıq edən biri kimi tövsiyəm bu olar ki, əlinizə düşən ilk fürsətdə səhnəyə çıxın və o qorxu, həyəcan, stress üzərində qələbə çalaraq bütün auditoriyaya nəyə qadir olduğunuzu göstərin. Çünki başlamaq üçün mükəmməl olmaq məcburiyyətində deyilik, amma mükəmməl olmaq üçün bir yerdən başlamaq məcburiyyətindəyik.”

– Universitet tələbələri natiqlik bacarığını inkişaf etdirmək üçün hansı fəaliyyətlərdə iştirak etməlidirlər və bu bacarıq gələcək iş müsahibələrində onlara necə kömək edir ?

– “İcazənizlə bu suala da öz həyatımdan nümunə gətirərək cavab vermək istəyirəm. Mən aşağı kurslardan etibarən bir sıra könüllü və təcrübə proqramlarında iştirak etmişəm. Bu proqramlar mənim insanlarla ünsiyyət, komanda ilə işləmək kimi xüsusi bacarıqlarımı inkişaf etdirməyimə təkan verib. Əlavə olaraq, artıq CV zənginləşdikcə, təcrübə artdıqca inşa etdiyimiz özgüvən bizlərin iş müsahibələrində özümüzü daha rahat şəkildə ifadə etmeyimizdə bilvasitə rol oynayır.”

Murad Hümbətov qeyd edib ki, gənclərin hər gün edə və vərdiş halına gətirə biləcəyi məşqlər nitqin inkişafında böyük rol oynayır:

“Təbii ki, nitqimizi inkişaf etdirəcək bir çox məşq var. Bu məşqlər dil və dodaq tənbəlliyimizi aradan qaldıra, bədən dilimizi inkişaf etdirə, səs tonumuzu istədiyimiz səviyyəyə gətirə bilər. Hər gün edə və vərdiş halına gətirə biləcəyiniz məşq kimi mən səsli şəkildə, doğru sürətlə kitab oxumağı tövsiyə edərəm. Beləcə həm dünya görüşümüz formalaşa, söz ehtiyyatımız zənginləşə, həm də nitqimiz kifayət qədər axıcı ola bilər”

Sonda Murad Hümbətovun sözlərinə görə, gənclərin sağlam inkişafı üçün yalnız akademik biliklər deyil, nitq mədəniyyəti və özünüifadə mühiti də diqqət mərkəzində olmalıdır. Ekspert hesab edir ki, təcrübə proqramları və könüllülük fəaliyyətləri olmadan gələcək iş müsahibələrində fərqlənmək və özgüvənli nəsil formalaşdırmaq çətin olacaq.

Ayşən Cəlilova

Xəbər Lenti

Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində memorandum təsdiqlənib 03.09.2026 - 09:20
Magistratura üzrə göstərici: Bakalavrlar bu ixtisası seçmir03.09.2026 - 09:10
ATMU-nu fərqlənmə diplomu ilə bitirənlər03.09.2026 - 09:00
Kolleclərin sayında artım - Statistika03.09.2026 - 08:50
Sertifikasiyada müsahibə mərhələsi start verir03.09.2026 - 08:40
Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir03.09.2026 - 08:30
Avqustda 27 gün temperatur normadan yuxarı olub03.09.2026 - 08:20
Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə müraciət03.09.2026 - 08:15
Birinci sinfə qəbul bu gün başa çatır03.09.2026 - 08:10
Alimlərdən yeni kəşf03.09.2026 - 08:05
Sabaha olan hava proqnozu03.09.2026 - 08:00
Bakıdakı məktəblər dezinfeksiya edilir03.09.2026 - 06:58
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 06:47
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...03.09.2026 - 06:44
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini təqdim edib03.09.2026 - 06:35
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib03.09.2026 - 06:26
Günün havası - 32 dərəcə isti...03.09.2026 - 06:17
IJITIE elmi jurnalının 3-cü buraxılışı üçün məqalə qəbulu elan edilir 2026-09-0203.09.2026 - 06:08
Magistraturaya qəbulun ikinci mərhələsi üzrə qəbul olunanların nəzərinə!03.09.2026 - 05:59
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 05:54
Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib03.09.2026 - 05:50
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 03.09.2026 - 05:41
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür 03.09.2026 - 05:32
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar03.09.2026 - 05:14
Mühəndislik fakültəsində tədris planlarının yenilənməsi ilə bağlı müzakirələr keçirilib03.09.2026 - 05:05
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”03.09.2026 - 04:56
BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır03.09.2026 - 04:47
ADNSU və Bar-İlan Universiteti sənaye üçün birgə tədqiqat imkanlarını müzakirə edib03.09.2026 - 04:38
ADNSU-nun dosentinin elmi məqaləsi beynəlxalq nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub03.09.2026 - 04:29
UNEC-ə əcnəbi tələbə qəbulu uzaldıldı03.09.2026 - 04:20
UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır03.09.2026 - 04:11
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir03.09.2026 - 04:02
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 02.09.2026 - 15:48
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı02.09.2026 - 15:43
Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər02.09.2026 - 15:41
AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb02.09.2026 - 15:19
Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub02.09.2026 - 15:16
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı02.09.2026 - 14:02
BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr02.09.2026 - 13:59
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı02.09.2026 - 13:57
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb02.09.2026 - 13:55
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb02.09.2026 - 13:54
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib02.09.2026 - 13:52
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi02.09.2026 - 09:21
Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb02.09.2026 - 06:58