Təhsil 365 - Logo Mobile

UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR

12918.07.2026 - 04:16
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin (IDSSD) 2026-cı il Qlobal Konfransı keçirilib. "Elm fəaliyyətdə: hamı üçün dayanıqlı və ədalətli gələcəyin müəyyənləşdirilməsi" mövzusuna həsr olunan konfransda Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman iştirak edib.

“Tehsil365” xəbər verir ki, UNESCO-ya üzv dövlətlərin hökumət nümayəndələrini, beynəlxalq elmi qurumları, akademik institutları, özəl sektoru və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini bir araya gətirən konfrans dayanıqlı inkişaf naminə elmin rolunun daha da gücləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm platforma rolunu oynayır.

Konfrans UNESCO-nun baş direktorunun, yüksək səviyyəli hökumət nümayəndələrinin və beynəlxalq elm ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən açılış mərasimi ilə öz işinə başlayıb. Açılış çıxışlarında Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin həyata keçirilməsi çərçivəsində əldə olunan əsas nailiyyətlər təqdim edilib, elmin qlobal problemlərin həllində həlledici rolu vurğulanıb və beynəlxalq həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

"2030-dan sonra elm: növbəti inkişaf mərhələsinin müəyyənləşdirilməsi", "Diaqnozdan fəaliyyətə: elmi prioritetlərin müəyyənləşdirilməsi" mövzularında keçirilən plenar iclaslarda uzunmüddətli qlobal çağırışlar, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mövcud elmi boşluqlar, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və yeni texnologiyaların idarə olunması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfransın yekun plenar iclasında üç gün ərzində keçirilmiş müzakirələrin əsas nəticələri ümumiləşdirilib və Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin növbəti mərhələsi üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Ayşən Cəlilova

Xəbər Lenti

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib18.07.2026 - 09:10
Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb18.07.2026 - 08:30
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib18.07.2026 - 08:28
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq18.07.2026 - 08:24
Süni İntellekt və Tibb: Sərhədlər Haradadır?-Həkimdən açıqlama18.07.2026 - 08:17
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib-FOTOLAR18.07.2026 - 08:12
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb18.07.2026 - 08:06
Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir18.07.2026 - 08:02
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək18.07.2026 - 07:48
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb18.07.2026 - 07:29
Əli Nəbiyev: I yarımildə 263 məktəbdə normativ tələblərin pozulduğu aşkarlanıb18.07.2026 - 07:12
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib18.07.2026 - 05:29
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR17.07.2026 - 14:24
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35
700 bal toplayan Zərifə İlyasovanın yeni hədəfi: Süni intellekt sahəsində inkişaf etmək17.07.2026 - 13:33
Dermatoloq dəriyə qulluq zamanı ən çox edilən səhvləri açıqladı17.07.2026 - 13:29
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olundu17.07.2026 - 13:28
AzTU-da Rəqəmsal Transformasiya Şurasının iclası keçirilib - FOTOLAR17.07.2026 - 13:23
“Yüksəliş” müsabiqəsində qadın iştirakçıların sayının az olduğu bildirilib17.07.2026 - 13:17
Azərbaycanlı doktorant Edqar Şahbazovdan mühüm biotexnologiya modeli17.07.2026 - 13:13
"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu17.07.2026 - 13:07