2026-cı il tarixində Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 2 bürünc medal qazanıblar.
“Tehsil365” xəbər verir ki, bürünc medal qazanan şagirdlər:
Məhəmməd Abdulla – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi;
Yəhya Əhməd – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi.
Qeyd edək ki, Avropa Coğrafiya Olimpiadası məktəblilər arasında coğrafiya sahəsində bilik və bacarıqların inkişafını təşviq edən nüfuzlu beynəlxalq yarışlardan biridir.
Şagirdlərimizi əldə etdikləri uğur münasibətilə təbrik edirik!

