Təhsil 365 - Logo Mobile

Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib

20318.07.2026 - 05:29
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “QANAD” – Qabiliyyətlərin Aşkarlanması və Növbəti Addımda Dəstək sosial layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə təşkil olunan silsilə təbliğat görüşləri başa çatıb.

“Tehsil365” xəbər verir ki, layihə müddətində Bakı şəhərində fəaliyyət göstərən internat tipli 12 ümumi təhsil müəssisəsinə səfər edilib. Görüşlərə 14 və daha yuxarı yaşda olan 500-dən çox şagird cəlb olunub.

Şagirdlərə orta ixtisas və peşə təhsili imkanları, qəbul qaydaları, ixtisas seçimi və gələcək karyera perspektivləri barədə ətraflı məlumat verilib. Görüşlərdə kollec və peşə təhsili müəssisələrinin nümayəndələri iştirak edərək tədris olunan ixtisaslar və mövcud təhsil imkanları haqqında təqdimatlarla çıxış ediblər. Eyni zamanda, həmin təhsil müəssisələrinin tələbələri tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgilər nümayiş olunub.

Layihə çərçivəsində eşitmə məhdudiyyətli şagirdlər üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində ustad dərsi təşkil edilib. İştirakçılar müxtəlif sənət istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunublar.

Görüşlər çərçivəsində “QANAD” sosial layihəsi ilə Güvən Xeyriyyə İctimai Birliyinin əməkdaşlığı əsasında 100-ə yaxın şagirdə kitablar və müxtəlif hədiyyələr təqdim olunub.

Layihənin yekun mərhələsində buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri təhlil olunub və müvafiq məlumat bazası formalaşdırılıb. Növbəti mərhələdə iştirakçılara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlərin verilməsi və metodiki dəstəyin göstərilməsi nəzərdə tutulur.

Ayşən Cəlilova

Xəbər Lenti

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib18.07.2026 - 09:10
Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb18.07.2026 - 08:30
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib18.07.2026 - 08:28
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq18.07.2026 - 08:24
Süni İntellekt və Tibb: Sərhədlər Haradadır?-Həkimdən açıqlama18.07.2026 - 08:17
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib-FOTOLAR18.07.2026 - 08:12
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb18.07.2026 - 08:06
Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir18.07.2026 - 08:02
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək18.07.2026 - 07:48
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb18.07.2026 - 07:29
Əli Nəbiyev: I yarımildə 263 məktəbdə normativ tələblərin pozulduğu aşkarlanıb18.07.2026 - 07:12
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR18.07.2026 - 04:16
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR17.07.2026 - 14:24
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35
700 bal toplayan Zərifə İlyasovanın yeni hədəfi: Süni intellekt sahəsində inkişaf etmək17.07.2026 - 13:33
Dermatoloq dəriyə qulluq zamanı ən çox edilən səhvləri açıqladı17.07.2026 - 13:29
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olundu17.07.2026 - 13:28
AzTU-da Rəqəmsal Transformasiya Şurasının iclası keçirilib - FOTOLAR17.07.2026 - 13:23
“Yüksəliş” müsabiqəsində qadın iştirakçıların sayının az olduğu bildirilib17.07.2026 - 13:17
Azərbaycanlı doktorant Edqar Şahbazovdan mühüm biotexnologiya modeli17.07.2026 - 13:13
"Müasir Azərbaycan ədəbiyyatında yeni mövzulara ehtiyac var" - Rövşən Abdullaoğlu17.07.2026 - 13:07