Bakı Mühəndislik Universitetinin (BMU) 2026/2027-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında MBA proqramı üzrə ümumilikdə 175 plan yeri ayrılıb.
BMU-dan “Tehsil365”ə bildirilib ki, ayrılmış yerlərdən 160-ı Azərbaycan bölməsi, 15-i isə ingilis bölməsi üzrə nəzərdə tutulub. (https://beu.edu.az/az/admission/graduate)
MBA proqramı çərçivəsində qəbul aşağıdakı 8 ixtisaslaşma üzrə həyata keçiriləcək:
- Aqrobiznes;
- İnsan resurslarının idarə edilməsi;
- Layihələrin idarə edilməsi;
- Logistika və təchizat zəncirinin idarə edilməsi;
- Maliyyə;
- Marketinq;
- Mühasibat;
- Ümumi idarəetmə.
Karyerasını növbəti mərhələyə daşımaq, idarəetmə bacarıqlarını təkmilləşdirmək və gələcəyin liderləri sırasında yer almaq istəyənlər üçün BMU-nun MBA proqramı yeni imkanlar və peşəkar inkişaf perspektivləri yaradır.
BMU-nun MBA proqramı nəzəri biliklərlə yanaşı, real biznes mühitinin tələblərinə uyğun praktik bacarıqların formalaşdırılmasına xüsusi önəm verir. Tədris prosesində strateji idarəetmə, liderlik, qərarvermə, innovativ idarəetmə yanaşmaları və müasir biznes çağırışları üzrə biliklər təqdim edilir. Məqsəd əmək bazarında rəqabətədavamlı, analitik düşüncəyə malik, dəyişiklikləri idarə etməyi bacaran peşəkar liderlər yetişdirməkdir.
Müxtəlif ixtisaslaşmalar magistrantlara karyera hədəflərinə uyğun seçim etmək, yeni peşə istiqamətləri qazanmaq və idarəetmə sahəsində dərin biliklər əldə etmək imkanı yaradır. Proqramın Azərbaycan və ingilis bölmələri üzrə həyata keçirilməsi isə beynəlxalq əmək bazarına inteqrasiya olmaq və qlobal biznes mühitində uğur qazanmaq istəyənlər üçün əlavə üstünlükdür.

