"İnsandan fərqli olaraq süni intellektin yaradıcı təfəkkürü yoxdur, heç bir zaman insanın malik olduğu yaradıcı təfəkkürü əldə etmək olmayacaq".
Bu fikirləri tibb eksperti Adil Qeybulla “Tehsil365”ə verdiyi açıqlamada bildirib.
“Süni intellekt ictimai həyatın bütün sahələrində tətbiq olunması dünyada planlaşdırılır artıq biz onun müəyyən bəhrələrini görürük, çünki istənilən sualı süni intellekt verdikdə onun cavabını almaq mümkündür, amma süni intellektin bir vasitə kimi həkimlərin, hüquqşünasları və digərin həyatında nə dəyişiklik edəcəyini birmənalı şəkildə demək çətindir.
İnsandan fərqli olaraq süni intellektin yaradıcı təfəkkürü yoxdur, heç bir zaman insanın malik olduğu yaradıcı təfəkkürü əldə etmək olmayacaq, amma buna baxmayaraq bunlar həkimin işlərini xeyli yüngülləşdirəcək, bütün xəstələrin məlumatlarının alınması, analizin sistemli təhlili, müqayisəli təhlili, müəyyən protokolların qeyd edilməsi, yeniliklərin qeyd edilməsi həkimlər üçün əlbəttə yardımçı və işlərini yüngülləşdirə bilər.
Birmənalı olaraq həkimləri süni intellekt əvəz edə bilməyəcək, həmçinin digər ixtisaslara da aiddir, çünki insan amili vacib məsələdir. Hesab edirəm ki, süni intellektin yaratdığı imkanlardan xəstələr sui-istifadə etməməlidirlər yəni internetə baxıb dərman içsin, müalicə aparsın bunlar sonda pis nəticə verə bilər”.

