Kəlbəcər şəhərində növbəti iməcilik keçirilib.
“Tehsil365” xəbər verir ki, iməcilikdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları, Kəlbəcər şəhər tam orta məktəbinin müəllim və şagirdləri, eləcə də şəhər sakinləri iştirak ediblər. İməcilik zamanı ərazi məişət tullantılarından təmizlənib.
İməciliyin keçirilməsində məqsəd şəhər mühitinin təmiz saxlanılması, ətraf mühitə qayğı mədəniyyətinin təşviqi və ekoloji məsuliyyət hissinin gücləndirilməsidir.

