Təhsil 365 - Logo Mobile

Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib

14918.07.2026 - 16:32
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib

İyulun 18-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda "Açıq qapı" günü keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə xarici ölkələrdə hərbi təhsil və hərbi tibb təhsili almaq istəyən yüksəknəticəli abituriyentlər və onların valideynləri, media nümayəndələri, eləcə də Türkiyənin hərbi təhsil müəssisələrdən nümayəndələr iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən MMU-nun Təhsil şöbəsinin rəisi polkovnik Rüstəm Ağayev bildirib ki, xaricdə təhsil yalnız başqa bir ölkədə ali təhsil almaq demək deyil. Bu, eyni zamanda, yeni biliklərə, qabaqcıl təcrübəyə, fərqli idarəetmə və tədris modellərinə yiyələnmək, dünyagörüşünü genişləndirmək, xarici dil bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə Azərbaycanı layiqincə təmsil etmək imkanıdır: "Mən özüm də bakalavr təhsilimi Türkiyənin Kara Harp Okulunda almışam. Buna görə xaricdə hərbi təhsilin gənc bir insanın peşəkar və şəxsi inkişafında necə mühüm rol oynadığını şəxsi təcrübəmə əsaslanaraq söyləyə bilərəm. Orada aldığım təhsil mənə yalnız hərbi bilik və bacarıqlar qazandırmadı, eyni zamanda, məsuliyyətli olmağı, müxtəlif şəraitlərə uyğunlaşmağı, intizamı, liderliyi, komanda daxilində fəaliyyət göstərməyi və ölkəmizi xaricdə təmsil etməyin mənəvi məsuliyyətini daha dərindən dərk etməyi öyrətdi. Xarici ölkədə təhsil alan hər bir kursant, ilk növbədə, Azərbaycan dövlətinin və Ordusunun nümayəndəsidir. Onun davranışı, hazırlığı, intizamı və əldə etdiyi nəticələr yalnız şəxsi uğuru deyil, eyni zamanda, ölkəmizin nüfuzunu ifadə edir. Buna görə də xaricdə təhsil imkanı böyük üstünlük olmaqla yanaşı, yüksək məsuliyyət, davamlı zəhmət və nümunəvi davranış tələb edir.

MMU-nun əsas məqsədlərindən biri müasir biliklərə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə və liderlik bacarıqlarına malik zabit kadrların hazırlanmasıdır. Bu məqsədlə kursantlarımızın təhsil göstəriciləri, şəxsi keyfiyyətləri, intizamı və gələcək inkişaf potensialı nəzərə alınaraq, onların müxtəlif ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində təhsil almaları və ya təhsillərini davam etdirmələri üçün imkanlar yaradılır.

Əziz abituriyentlər! Bu gün verəcəyiniz qərar yalnız ali məktəb və ya ixtisas seçimi deyil. Bu, gələcək həyat yolunuzun, məsuliyyətinizin və xidmət amalınızın seçilməsidir. Hərbi təhsil özündə şərəfli xidmət, davamlı inkişaf, möhkəm iradə, peşəkarlıq və liderlik kimi dəyərləri birləşdirir. Xaricdə təhsil isə bu yolun imkanlarını daha da genişləndirərək sizə beynəlxalq təcrübə qazanmaq, qabaqcıl hərbi biliklərə yiyələnmək və gələcəkdə Azərbaycan Ordusunun inkişafına daha böyük töhfə vermək fürsəti yaradır".

Çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin nümayəndəsi Hakan Yıldız bildirib ki, bugünkü müharibələr xarakter etibarilə çox sürətlə dəyişir və inkişaf edir. Artıq yalnız tanklar, gəmilər və təyyarələr deyil, həmçinin süni intellekt, kibertəhlükəsizlik, elektron müharibə, kosmik sistemlər və informasiya üstünlüyü də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Türkiyədəki hərbi məktəblər də təhsil proqramlarını bu dəyişikliklərə uyğun şəkildə formalaşdıraraq kursantlarını gələcəyin təhlükəsizlik mühitinə hazırlayır. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə malik, etik dəyərlərə sadiq, məsuliyyət daşıya bilən və beynəlxalq səviyyədə xidmət göstərə biləcək lider zabitlər yetişdirməyi qarşıya məqsəd qoyur.

"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq hər keçən gün daha da möhkəmlənir. Birgə təlimlər, qarşılıqlı təhsil proqramları, elmi-akademik fəaliyyət, texnologiya mübadiləsi və şəxsi heyətin mübadiləsi proqramları sayəsində iki ölkənin silahlı qüvvələri arasında əlaqələr sürətlə inkişaf edir. Məhz buna görə də azərbaycanlı gənclərin Türkiyədəki hərbi məktəbləri yaxından tanıması böyük əhəmiyyət daşıyır. Burada alacağınız təhsil yalnız şəxsi karyeranıza töhfə verməyəcək, həmçinin iki qardaş ölkənin ortaq təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək. Siz sabahın komandirləri, liderləri və qərar qəbul edən şəxsləri olacaqsınız. Sahib olacağınız bilik, intizam və liderlik keyfiyyətləri təkcə ölkələrimizin təhlükəsizliyinə deyil, bütövlükdə regionumuzun sabitliyinə də mühüm töhfə verəcək. Əziz gənclər, Türkiyə və Azərbaycan bundan sonra da çiyin-çiyinə addımlamağa, birgə uğurlar qazanmağa və gələcəyin təhlükəsizlik mühitini birlikdə formalaşdırmağa davam edəcək. Bu duyğularla sizi Türkiyənin hərbi məktəblərində görməkdən məmnun olarıq", - deyə o diqqətə çatdırıb.

Tədbir zamanı MMU-nun vahid idarəetmə strukturu ilə tanışlıq olub, Türkiyə Milli Müdafiə Universiteti, Quru Qoşunları, Hərbi Dəniz və Hava Hərbi Məktəbləri, Gülhanə Hərbi Tibb Akademiyası və digər hərbi təhsil müəssisələri haqqında məlumatlandırıcı videoçarx göstərilib, abituriyentləri və valideynlərini maraqlandıran suallar cavablandırılıb.

Xaricdə hərbi təhsil almaq istəyən Əli Məmmədov ali məktəblərə qəbul imtahanında üçüncü ixtisas qrupu üzrə ümumilikdə 599 bal topladığını qeyd edib: "Hədəfim xaricdə hərbi məktəbdə təhsil almaqdır. Bu gün bu barədə geniş məlumat aldıq. Demək olar ki, bütün suallara cavab tapmışıq. Xaricdə təhsil almaq istəyənlərə yaradılan imkana görə minnətdaram. Bu, bizim üçün çox böyük bir məsuliyyət və uğurdur. Mən təhsilimi bitirəndən sonra, əlbəttə ki, yenidən Vətənə qayıdacağam. Azərbaycan Bayrağı dalğalanan hər yerdə xidmət etməyə hazıram".

Dördüncü ixtisas qrupu üzrə 624 bal toplayan Əkbər İsgəndərli Hərbi Tibb Fakültəsində təhsil almaq istədiyini bildirib. O, xaricdə təhsil almaq imkanlarının olmasına baxmayaraq, ölkəmizdə təhsil almaq və burada Vətənə xidmət etmək istədiyini diqqətə çatdırıb.

Dördüncü ixtisas qrupu üzrə keçirilən imtahanlarda 610-a yaxın bal topladığını deyən Mirkalam Ağayev xaricdə tibb təhsili almaq istədiyini vurğulayıb: "Xüsusilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında hərbi tibb sahəsində dərin bilik və bacarıqlara yiyələnmək istəyirəm. Təhsilimi başa vurduqdan sonra isə orada qazandığım bilik və təcrübəni Vətənimə qayıdaraq Azərbaycanın hərbi səhiyyə sisteminin inkişafına və hərbi tibb sahəsinə töhfə vermək istiqamətində tətbiq etməyi qarşıma əsas məqsəd qoymuşam".

Fidan Məmmədli

Xəbər Lenti

Mingəçevir Dövlət Universiteti yaşıl transformasiya istiqamətində yeni əməkdaşlığa hazırlaşır18.07.2026 - 16:42
Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi yekunlaşıb18.07.2026 - 16:36
ADU-nun Yay Məktəbi beynəlxalq iştirakçıların yüksək qiymətini qazanıb18.07.2026 - 16:18
Qusar Teatrı mövsüm bağlanışını açıq səma altında qeyd edib18.07.2026 - 15:30
“VətəndəSƏN” layihəsi Qarabağda sahibkarları bir araya gətirib18.07.2026 - 15:16
Kəlbəcərdə iməcilik: şəhər ərazisi təmizlənib18.07.2026 - 15:02
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib18.07.2026 - 09:10
Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb18.07.2026 - 08:30
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib18.07.2026 - 08:28
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq18.07.2026 - 08:24
Süni İntellekt və Tibb: Sərhədlər Haradadır?-Həkimdən açıqlama18.07.2026 - 08:17
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib-FOTOLAR18.07.2026 - 08:12
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb18.07.2026 - 08:06
Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir18.07.2026 - 08:02
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək18.07.2026 - 07:48
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb18.07.2026 - 07:29
Əli Nəbiyev: I yarımildə 263 məktəbdə normativ tələblərin pozulduğu aşkarlanıb18.07.2026 - 07:12
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib18.07.2026 - 05:29
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR18.07.2026 - 04:16
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR17.07.2026 - 14:24
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35