Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulun 14-18-də təşkil olunan test imtahanlarında muxtar respublika üzrə ümumilikdə 1021 namizəd iştirak edib.
Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

