Xəzər Universitetinin KDIXəzər Universitetinin KDI komandası elmi müsabiqədə uğur qazanıb komandası “Milli Energetik Materialların İnkişafı Proqramı”nda mühüm uğur qazanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Xəzər Universiteti rəsmi hesabında məlumat paylaşıb.
Xəzər Universiteti daha bir mühüm elmi nailiyyətini qürurla təqdim edir. Universitetin KDI komandası Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən “Milli Energetik Materialların İnkişafı Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edən səkkiz universitet arasında ııı yerə layiq görülmüşdür.
Proqram ölkənin aparıcı ali təhsil müəssisələrinin tədqiqatçılarını bir araya gətirərək, energetik materiallar sahəsində innovativ həllərin hazırlanmasına və elmi əməkdaşığın gücləndirilməsinə mühüm töhfə vermişdir.
KDI komandasına Xəzər Universitetinin Kimya və Kimya Mühəndisliyi departamentinin müdiri, kimya üzrə fəlsəfə doktoru Tahir Cavadzadə rəhbərlik etmişdir. Komandanın digər üzvləri isə departamentin əməkdaşları Dr. Ülviyyə Yolçuyeva, Güllü Əliyeva, Esmira Eyyubova və Mirsaleh Heydərov olmuşlar. Onların peşəkar bilikləri, elmi hazırlığı və komanda şəklində səmərəli fəaliyyəti layihənin uğurla həyata keçirilməsində mühüm rol oynamışdır.

