“İstənilən hər hansı bir adam bu dəqiqə rahatlıqla böyük yerlərdə konsert verə bilər. Yetər ki, bir balaca utanmasın və bir balaca təcrübəsiz boğazlarından istifadə eləsin vəssalam.”
Bu fikirləri Kamran Yunis “Tehsil365”ə açıqlamasında bildirib.
“Salam, hər vaxtınız xeyir. Mən əslində bunu bədii qiraət sənətinə olan sevgi deməzdim. Bu şöhrətpərəstliyə olan maraqdı, tanınmağa olan maraqdı, gündəmdə olmağa olan maraqdı. Ona görə ən rahat yoluda şeirdi. Telefondan götürüb oxuyursan üzərinə musiqi əlavə edirsən guya oldu bədii qiraət sənəti. Bu sənət deyil. Sənət ali bir şeydi, sənət dəyərli bir şeydi. Sənət idi Səməndər Rzayev, Şahmar Ələkbərzadə, Turabov, Poladov, Həsən Əbluc və s. Bu isə şöhrətpərəstlikdən başqa bir şey deyil. İnandırım sizi ki, hərdən oturub baxıram sadecə o qüsurları demək istəmirəm, demiyəcəm də. Çox ali sənətə yad olan elə ünsürlər var ki, insan baxır ki, bu “C”larla, bu “Ç”larla, bu “Ş”larla bu üzdə olan kişiyə və qadına yaraşmayan iyrənc gülüşlərlə, bütün qüsurlarilə belə bu sadecə şöhrətpərəstlikdən başqa bir şey deyil. Burada sənət yoxdur. Sənət başqa şeydir. Sadecə olaraq sənət bu dəqiqə 1 nöqtəsinə enib ki, heç kim bunun fərqinə varmır ki, böyük sənət nədir? kimdir? Ali sənət nədir? Sənət nədir? İstənilən hər hansı bir adam bu dəqiqə rahatlıqla böyük yerlərdə konsert verə bilər. Yetər ki, bir balaca utanmasın və bir balaca təcrübəsiz boğazlarından istifadə eləsin vəssalam. İnsanların da zövqü o qədər korşalıb ki, insanlar üçün fərqi yoxdur səhnədə kimdir? Nəçidir? Necə ki, belə deyək musiqidə, mahnıda, ifaçılıq sənətində artıq heç kimə fərq eləmir. Yetər ki, səhnəyə yaxşı burcudan, yaxşı orasın burasın açan kişi/qadın çıxsın. Eləcə də bədii qiraət sənətində eyni şey. Səsilə təcrübəsizlik edə bilən hər hansı bir adam yəni bu işlə məşğul ola bilər. Amma bunun adını sənət qoymuyun lütfən. Sənət başqa şeydir.”

