Məzahir Məmmədli bildirib ki, Azərbaycanda könüllülük fəaliyyəti geniş bir proqrama çevrilib. Bu barədə ekspert “Tehsil365”ə açıqlamasında bildirib.
“Məlumata əsasən, bu proses, adından da bəlli olduğu kimi, birbaşa ali təhsil müəssisələrində, böyük tədbirlərin təşkilində, 'DOST' agentliyində, 'ASAN xidmət'də və digər bu kimi özəl şirkətlərdə geniş tətbiq olunur. Qeyd edilib ki, orda müəyyən təcrübəni və biliyi mənimsəmək üçün bu kimi qruplardan istifadə olunur. Kim istəsə burda iştirak eləyə bilər, ancaq bu könüllülərin heç birinə xüsusi imtiyaz verilmir,” – deyə ekspert qeyd edib. Məsələn, tələbədirsə, onun hardasa könüllü kimi iştirak elədiyinə görə imtahanlardan və ya digər akademik məsələlərdən azad edilməsi kimi bir hal mövcud deyil. Bütün tələbələrin öhdəliyi nədirsə, könüllülər üçün də odur. Tələbə olmayan könüllülər üçün də eyni şərtlər keçərlidir və hər bir şəxs orada tam könüllü şəkildə fəaliyyət göstərir.
Karyera və şəxsi inkişaf göstəricilərinə gəldikdə isə:
“Builki göstəricilərə əsasən, könüllü olan şəxslər hər hansı bir quruma CV verəndə hansı təşkilatda könüllü olduqları ilə bağlı məlumatları daxil edirlər. Bununla yanaşı, bu məlumatlar sənəd verilən qurum qarşısında öhdəlik yaratmasa da, şəxsin ünsiyyət qurma bacarığı, idarəetmə bacarığı, insanlarla təmas qurma və istiqamətləndirmə, eləcə də dil bacarıqlarının formalaşması haqqında informasiya verir,” – deyə Məzahir Məmmədli əlavə edib.

