Təhsil 365 - Logo Mobile

Bu gün Beynəlxalq Ay Günüdür

14520.07.2026 - 05:11
Bu gün Beynəlxalq Ay Günüdür

Hər il iyulun 20-də Beynəlxalq Ay Günü qeyd olunur.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, bu gün 2021-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilib və digər kosmik əlamətdar günlərə – 4 oktyabr ( Yerin ilk peykinin orbitə buraxılması) və 12 aprel (insanın ilk dəfə kosmosa uçuşu) əlavə olunub.

Bu tarix 1969-cu ildə "Apollon-11" Ay missiyası çərçivəsində insanın Aya ilk enişinin ildönümü şərəfinə seçilib. Günün təsis edilməsində məqsəd Ayın dayanıqlı şəkildə tədqiqi, kosmosun mənimsənilməsi və kosmik fəzanın dinc məqsədlərlə istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın təşviq olunması, həmçinin bu tarixi hadisənin baş verməsini mümkün edən alimlərin, mühəndislərin, astronavtların və digər mütəxəssislərin töhfəsini xatırlatmaqdır.

Ay Gününün keçirilməsi təşəbbüsü ABŞ-dən irəli gəlib. Bu mövzuya həsr olunmuş ilk tədbirlər 1971-ci ildə, ABŞ Prezidenti Riçard Niksonun 20 iyulu tarixi kosmik missiyanın ildönümü münasibətilə Milli Aya Eniş Günü elan etməsindən sonra keçirilib. Sonrakı illərdə isə bu tarix əsasən astronomiya və kosmos həvəskarları tərəfindən qeyd olunurdu.

2021-ci ilin avqust–sentyabr aylarında keçirilən BMT-nin Kosmik Fəzadan Dinc Məqsədlərlə İstifadə Komitəsinin 64-cü sessiyası zamanı təşəbbüs qrupunun üzvləri Beynəlxalq Ay Gününün təsis edilməsi ilə bağlı müraciət təqdim ediblər. Nəticədə BMT Baş Assambleyası bu təşəbbüsü dəstəkləyib və 20 iyul rəsmi olaraq Beynəlxalq Ay Günü elan olunub.

Ay Yerin yeganə təbii peykidir və Günəşdən sonra Yer səmasında ən parlaq ikinci səma cismidir. Yer və Ayın mərkəzləri arasındakı orta məsafə 384 467 kilometrdir. Ən geniş yayılmış nəzəriyyəyə görə, Ay Yerdən bir qədər sonra – təxminən 4,5 milyard il əvvəl Yer ilə ölçüsünə görə Marsa bənzəyən Teya planetinin toqquşması nəticəsində qalan qırıntılardan formalaşıb. Hazırda Ay insanın ayaq basdığı yeganə Yerxarici astronomik obyektdir.

Əsrlər boyu insanlar səmaya baxaraq Ayın mənşəyi və sirləri haqqında düşünmüşlər. Qədim dövrlərdən etibarən Ay yalnız istiqamət müəyyənləşdirmək üçün bələdçi rolunu oynamayıb, həm də bəşəriyyətin mədəni və mənəvi inkişafına ilham verib. Rəssamlar onu əsərlərində təsvir edib, şairlər şeirlərində tərənnüm edib, filosoflar və alimlər isə onun sirlərini açmağa çalışıblar. Ay mistikanın və romantizmin rəmzi, insanın dərk edə bilmədiyi və əbədi olanın təcəssümü kimi qəbul olunub.

İlk teleskopların ixtirası sayəsində Yerin təbii peykini Yer səthindən elmi şəkildə öyrənmək mümkün oldu. Kosmik fəaliyyətin yaranması və inkişafı ilə Ay insan uçuşlarının əsas hədəfinə çevrildi və bu uçuşlar bəşəriyyətə kainatda digər səma cisimlərinə ayaq basmaq imkanı yaratdı.

Son 60 ildən artıq müddətdə SSRİ/Rusiya, ABŞ, Avropa ölkələri, Yaponiya, Çin, Hindistan və İsrail Aya öz kosmik aparatlarını göndəriblər. Kosmik dövrün başlanğıcından bəri 77-dən çox uğurlu Ay missiyası həyata keçirilib. Ayın tədqiqi bu gün də davam etdiyindən, Beynəlxalq Ay Günü təkcə keçmiş uğurları xatırlatmır, həm də gələcək təşəbbüslərin hər il qeyd olunan rəmzinə çevrilir.

Kosmik fəzanın öyrənilməsi insan həyatına yeni ölçü qazandırıb, onun biliklərini artırmaq və həyat şəraitini yaxşılaşdırmaq üçün yeni imkanlar açıb. Buna görə də BMT kosmik fəzanın mənimsənilməsinin təqdim etdiyi unikal imkanlardan bütün bəşəriyyətin rifahı naminə istifadə olunmasını özünün əsas məqsədlərindən biri hesab edir. Hələ 1958-ci ilin dekabrında BMT Baş Assambleyası kosmik fəzadan dinc məqsədlərlə istifadə olunmasına dair tarixdə ilk qətnaməni qəbul edib. 1967-ci ildə isə dövlətlərin kosmik fəzanın, o cümlədən Ayın və digər səma cisimlərinin tədqiqi və istifadəsi prinsiplərini müəyyən edən Kosmik Fəza haqqında Müqavilə (“Kosmik fəzanın Böyük Xartiyası”) qüvvəyə minib.

Hazırda BMT-nin strukturuna daxil olan Kosmik Məkan Məsələləri üzrə İdarə kosmik fəzadan dinc məqsədlərlə istifadə sahəsində beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Ay Günü təkcə kosmik sənaye mütəxəssisləri və astronomiya və astrologiya ilə maraqlananlar üçün deyil, bütün insanlar üçün əhəmiyyətlidir. Ay Yer xalqlarının həyatında mühüm rol oynayır. Onun mövqeyi, Yerə və insanlara təsiri bu gün də geniş şəkildə araşdırılır və müzakirə olunur. Ayın fazalarının dəyişməsinə əsaslanan Ay təqvimi bir çox xalqların həyatında mühüm yer tutur və bəzi insanlar gündəlik həyatlarını bu təqvimə uyğun planlaşdırırlar.

Beynəlxalq Ay Gününün ilk beynəlxalq qeyd olunması 2022-ci ildə “Ayın tədqiqində koordinasiya və dayanıqlılıq” şüarı altında keçirilib. Dünyanın müxtəlif ölkələrində bu münasibətlə çoxsaylı tematik tədbirlər təşkil olunub. O vaxtdan bəri bayram ənənələrinə Ay və onun mənimsənilməsi layihələri haqqında sənədli filmlərin izlənilməsi, kitabların oxunması, Ayın müşahidəsi, planetariumlarda və kosmik mərkəzlərdə tematik tədbirlərin keçirilməsi və digər maarifləndirici fəaliyyətlər daxildir.

2026-cı il Beynəlxalq Ay Gününün mövzusu: "Bir Ay, Bir Baxış, Bir Gələcək" adlanır.

Nuray Babayeva

Xəbər Lenti

Əmrah Dadaşovun qardaşı qızı təşəkkür etdi - FOTO20.07.2026 - 19:32
AzMİU ilə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR20.07.2026 - 14:46
SDU-da yeni təyinat olub20.07.2026 - 14:35
Peşə təhsili proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılacaq20.07.2026 - 14:29
Peşə təhsilində sənaye yönümlü ixtisasların tədrisi genişləndiriləcək20.07.2026 - 14:25
Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı genişlənir20.07.2026 - 14:18
Peşə təhsilində təhsilverənlər üçün ixtisasartırma proqramları tətbiq ediləcək20.07.2026 - 14:13
Bağçalarda qiymət artımı ilə bağlı açıqlama verildi20.07.2026 - 14:12
ADAU-da yüksək nəticə göstərən tələbələr üçün təqaüd və mükafat proqramı tətbiq olunur20.07.2026 - 14:05
Magistraturaya ixtisaslaşma seçimi elan edilib20.07.2026 - 13:51
NDU-da beynəlxalq ISO standartları üzrə təlimlərə start verilib - FOTOLAR20.07.2026 - 13:50
AzTU-da “Study in Azerbaijan” layihəsinin rəhbəri ilə görüş keçirilib - FOTOLAR20.07.2026 - 13:46
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazandılar20.07.2026 - 13:39
IELTS imtahanında uğur qazanan 282 iştirakçının xərcləri qarşılanıb - FOTO20.07.2026 - 13:32
Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında (IChO) uğur qazanıblar20.07.2026 - 13:27
Odlar Yurdu Universitetində DİM-in Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayır20.07.2026 - 13:21
Bakı Slavyan Universitetinin tələbələri beynəlxalq akademik proqramda iştirak edirlər - FOTOLAR20.07.2026 - 13:16
UNEC Zaqatala filialının tələbəsi Orhun Mübadilə Proqramı ilə Türkiyədə təhsil alacaq20.07.2026 - 13:09
Abituriyentlər üçün fürsət: AzTU-da "Açıq qapı" günü20.07.2026 - 13:05
Lisey və gimnaziyalara qəbul üzrə seçim nəticələri elan olunub20.07.2026 - 07:44
Londonda dördüncü “YAŞAT” yay məktəbinə start verilib20.07.2026 - 07:35
İlin ilk yarısında 295 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib20.07.2026 - 07:08
AzMİU rektoru: Universitetdə aparılan elmi tədqiqatlar beynəlxalq elmi məkana inteqrasiya edir20.07.2026 - 07:03
Vaqif Poeziya Günləri Şuşada möhtəşəm konsert proqramı ilə yekunlaşıb20.07.2026 - 06:46
Mədəniyyət Nazirliyində milli geyimlərin müasir modaya inteqrasiyası müzakirə olunub20.07.2026 - 06:39
İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidməti göstərilib20.07.2026 - 06:29
Saqqarada Yeni Krallıq dövrünə aid türbələr və heroqliflər aşkar edilib20.07.2026 - 06:24
AzMİU-da kompleks sistemlərə həsr olunan Beynəlxalq Yay Məktəbi fəaliyyətə başlayıb20.07.2026 - 06:10
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib20.07.2026 - 05:56
İspaniya DÇ-2026-nın qalibi oldu20.07.2026 - 05:38
Azərbaycanlı sənətkarın əsərləri Türkiyədə beynəlxalq platformada nümayiş olunur20.07.2026 - 04:56
Formula 1 üzrə Belçika Qran-Prisinin qalibi müəyyənləşib20.07.2026 - 04:41
"ChatGPT"nin işində genişmiqyaslı nasazlıq baş verib20.07.2026 - 04:30
Qazaxıstanda ilk dəfə süni intellektə malik robot-it qanunu pozanları aşkarlayıb20.07.2026 - 04:03
BDU rektoru türkologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edib19.07.2026 - 16:51
Emin Əmrullayev: 1,5 milyon şagirdə süni intellekti öyrətmək üçün mütəxəssis müəllimlər yetişdirilməlidir19.07.2026 - 16:34
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib - FOTOLAR19.07.2026 - 16:09
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir - FOTOLAR19.07.2026 - 15:44
Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatdı19.07.2026 - 15:34
Məzunlara şad xəbər - 10 günə ala biləcəksiniz 19.07.2026 - 15:03
Süni intellektin oxumaqda çətinlik çəkdiyi yazı sistemi hazırlanıb19.07.2026 - 14:38
Riyaziyyatçılar ədədləri vurmağın ən sürətli yolunu tapa bilmir19.07.2026 - 13:21
Sənət bu dəqiqə 1 nöqtəsinə enib heç kim bunun fərqinə varmır-Kamran Yunis19.07.2026 - 12:15
Naxçıvanda MİQ imtahanları yekunlaşıb19.07.2026 - 11:34
Şəhid övladlarının iştirakı ilə yay düşərgəsinə start verilib19.07.2026 - 10:09
BDU-nun professoru vəfat edib19.07.2026 - 09:23
"Azərbaycanda könüllülük fəaliyyəti geniş bir proqrama çevrilib" – Məzahir Məmmədli19.07.2026 - 08:17