Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən elmi seminarlar, konfranslar və digər tədbirlər ölkədə elmi tədqiqatlara marağın artdığını göstərir. Son illər elmi tədqiqatların qiymətləndirilməsi daha yüksək səviyyədə həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbinin açılış mərasimində çıxış edərkən söyləyib.
Rektor qeyd edib ki, Azərbaycan elmi, o cümlədən rəhbəri olduğu universitetin tədqiqatları beynəlxalq elmi məkana inteqrasiya edir. Azərbaycan Memarlıq və İnşaat Universitetində aparılan elmi tədqiqatlar dünya elmi ictimaiyyətinə açılmaq yolundadır.

