Təhsil 365 - Logo Mobile

İlin ilk yarısında 295 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib

15520.07.2026 - 07:08
İlin ilk yarısında 295 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib

2026-cı ilin birinci yarısında fəlsəfə doktoru elmi dərəcəsi verilmiş iddiaçıların yaş qrupları üzrə bölgüsü açıqlanıb.

Bu barədə “Tehsil365”ə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Bildirilib ki, hesabat dövründə ümumilikdə 295 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onlardan 91-i 35 yaşadək, 163-ü 36-50 yaş, 41-i isə 50 yaşdan yuxarı olub.

Statistikaya görə, fəlsəfə doktoru elmi dərəcəsi alanların sayına görə ilk yerdə filologiya elmləri qərarlaşıb. Bu sahə üzrə 35 yaşadək 14, 36-50 yaş arasında 43, 50 yaşdan yuxarı isə 4 nəfər olmaqla, ümumilikdə 61 nəfər elmi dərəcə alıb.

İqtisad elmləri üzrə 46 nəfər (18 nəfər 35 yaşadək, 25 nəfər 36-50 yaş, 3 nəfər 50 yaşdan yuxarı), texnika elmləri üzrə isə 31 nəfər (müvafiq olaraq 8, 14 və 9 nəfər) fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Biologiya elmləri üzrə 22, tibb elmləri üzrə 21, pedaqogika üzrə 24, kimya üzrə 17, tarix üzrə 10, hüquq elmləri üzrə 7, siyasi elmlər üzrə 10, sənətşünaslıq üzrə 7, fəlsəfə üzrə 4, milli təhlükəsizlik və hərbi elmlər üzrə 3, coğrafiya üzrə 3, aqrar elmlər üzrə 11, riyaziyyat üzrə 5, astronomiya üzrə 1, fizika üzrə 8, yer elmləri üzrə 1, psixologiya üzrə 1, sosiologiya üzrə isə 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bildirilib ki, fəlsəfə doktoru elmi dərəcəsi verilən iddiaçıların çoxu 36-50 yaş qrupuna aiddir. Bu yaş kateqoriyasında xüsusilə filologiya (43 nəfər), iqtisad (25 nəfər), tibb (16 nəfər) və texnika elmləri (14 nəfər) üstünlük təşkil edir.

Fidan Məmmədli

Xəbər Lenti

Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45
Bakıda Avropa Təhsil sərgisi14.10.2026 - 19:40
Xəzər məzunlarına beynəlxalq imkan yaradıldı14.10.2026 - 19:25
Süni intellekt təhlükəsi baş tutub14.10.2026 - 19:15
Dövlət saytlarına kiberhücum cəhdi olunub14.10.2026 - 19:10
Hövsanda məktəb mühafizəçisinə hücum olunub 14.10.2026 - 19:05
NDU-da layihə təqdimatı14.10.2026 - 19:00
BP-də çalışan məzunlardan seminar14.10.2026 - 18:45
UNEC-də ikili diplom proqramı14.10.2026 - 18:40
ADNSU-da seminar keçirildi14.10.2026 - 18:30
ADNSU Tələbələri Antalyada 14.10.2026 - 18:25
ADNSU-da yaşıl enerji təlimi14.10.2026 - 18:20
Anar Osmanlı Özbəkistanda 14.10.2026 - 18:10
Zaur Məmmədov: “Cənubi Qafqazın sabitlik adasına çevrilməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir”14.10.2026 - 18:06
Prezident təqaüdünə namizəd olanların çoxu kənd məktəbliləridir14.10.2026 - 17:42
BMU-da 4SİM-in dəstəyi ilə “Apple” Səlahiyyətli Təlim Mərkəzi açılıb14.10.2026 - 17:38
“Yeddi gözə” baleti İsveç məktəbinin repertuarına daxil edilib14.10.2026 - 17:35
YAP AzTU -da müşavirə təşkil edib14.10.2026 - 17:32
“ IV Beynəlxalq Quadrat” Nəsr Festivalında ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.14.10.2026 - 17:25
15 Oktyabr hava necə olacaq?14.10.2026 - 17:17
Azərbaycan kiberhücumların hədəfinə çevrilir14.10.2026 - 17:10
Əməkdar jurnalist vəfat etdi14.10.2026 - 17:05
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb14.10.2026 - 14:59
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq14.10.2026 - 14:54
Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib14.10.2026 - 14:52
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert14.10.2026 - 14:47
Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır14.10.2026 - 14:36
QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır14.10.2026 - 14:33
Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər14.10.2026 - 14:30
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib14.10.2026 - 14:28
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq14.10.2026 - 14:25
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir14.10.2026 - 14:19
Polimer Materialları İnstitutunun əməkdaşları SOCAR Karbamid zavodunda14.10.2026 - 14:17
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər14.10.2026 - 14:14
Məhkumlar üçün peşə təhsili standartları yenilənir14.10.2026 - 14:12
Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur14.10.2026 - 14:10
“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”14.10.2026 - 14:06
Ramil Əhmədin “Yeddi Kölgə” kitabının təqdimatı keçiriləcək14.10.2026 - 12:56
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib14.10.2026 - 12:27
"Minalardan azad dünya" adlı fotosərgi keçirilib14.10.2026 - 12:25
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir14.10.2026 - 12:14
Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov: "İnsanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir" 14.10.2026 - 11:52
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq14.10.2026 - 11:39
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı14.10.2026 - 11:36
2012-ci ilin rekordu yada düşdü14.10.2026 - 11:33
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir14.10.2026 - 11:28
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı14.10.2026 - 11:21