AzTU abituriyentlər üçün "Açıq qapı" günü keçirəcək.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) abituriyentlər üçün "Açıq qapı" günü təşkil olunacaq.
Tədbir çərçivəsində iştirakçılar universitet və fakültələr haqqında ətraflı məlumat əldə edəcək, təhsil imkanları və ixtisaslarla yaxından tanış olacaq, qəbul prosesi ilə bağlı suallarını birbaşa mütəxəssislərə ünvanlaya, həmçinin kampus mühiti və tələbə həyatı ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
"Açıq qapı" günü avqustun 3-də saat 11:00-da Azərbaycan Texniki Universitetində keçiriləcək. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün elan üzərində yerləşdirilən QR kodunu skan edə bilərlər.

