Abituriyentlər üçün ixtisas seçimi ilə bağlı məsləhət xidməti göstəriləcək.
“Tehsil365” xəbər verir ki, Odlar Yurdu Universitetində DİM-in Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayır.
2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul prosesi davam edir. İxtisas seçimi ilə bağlı düzgün qərar vermək istəyən bütün abituriyentlər və valideynlər üçün DİM-in Abituriyent Məsləhət Mərkəzi 21 iyul 2026-cı il tarixindən etibarən Odlar Yurdu Universitetində fəaliyyətə başlayır.
Mərkəzdə abituriyentlər və valideynlər ixtisas seçimi ilə bağlı mütəxəssislərdən məsləhət ala biləcəklər.
İş saatları: 09:00-17:00
Başlama tarixi: 21 iyul 2026
Məkan: Odlar Yurdu Universiteti

