Azərbaycan Dövlət Aqrar Universitetində yüksək akademik göstəriciləri olan tələbələrin dəstəklənməsi məqsədilə təqaüd və mükafat proqramı həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yüksək akademik nəticələr göstərən tələbələrin stimullaşdırılması məqsədilə təqaüd və mükafat proqramı tətbiq olunur.
Qəbul imtahanlarında kənd təsərrüfatı ixtisaslarında 400-599 bal toplayaraq ADAU-ya qəbul olunan tələbələrə 150 AZN, 600 və daha yüksək bal toplayanlara isə 250 AZN məbləğində aylıq təqaüd verilir. Eyni zamanda, ingilisdilli ixtisaslarda təhsil alan tələbələr üçün mövcud təqaüdə əlavə olaraq 70 AZN ödənilir.
Bununla yanaşı, tədris ilinin sonunda sessiyanı “əla” qiymətlərlə başa vuran tələbələr 100 AZN məbləğində birdəfəlik mükafatla təltif olunurlar.
Bu təşəbbüs tələbələrin yüksək akademik göstəricilər əldə etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə, eləcə də universitetdə sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

