Peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin müasir texniki bilik və bacarıqlarının artırılması məqsədilə yeni ixtisasartırma proqramları həyata keçiriləcək.
“Tehsil365” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, müasir texniki bilik və bacarıqlar üzrə təlim keçən təhsilverənlərin sayının minimum 300 nəfərə çatdırılması nəzərdə tutulur.

