İqtisadiyyatın prioritet sahələri üzrə müasir tələblərə cavab verən peşə təhsili proqramlarının hazırlanması və beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur.
“Tehsil365” verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, əmək bazarının tələblərinə uyğun müvafiq ixtisaslar üzrə beynəlxalq sertifikat proqramlarının mövcud peşə təhsili proqramları ilə uyğunlaşdırılması imkanları müəyyən ediləcək.
Peşə təhsili proqramlarının beynəlxalq sertifikat proqramlarına uyğunlaşdırılması və 2 təhsil proqramı üzrə pilot layihələrin tətbiqi nəzərdə tutulur. Tətbiq edilən pilot təhsil proqramlarının tədris nəticələrinə əsasən müvafiq tədbirlər müəyyən ediləcək.

