Təhsil 365 - Logo Mobile

“Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası üzrə beynəlxalq ikili diplom proqramı

16321.07.2026 - 04:16
“Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası üzrə beynəlxalq ikili diplom proqramı

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradır.

BMU-dan “Tehsil365” ə bildirilib ki, BMU bu müasir və strateji əhəmiyyət daşıyan ixtisası ölkəmizdə tədris edən ilk universitetlərdən biridir. 

Süni intellekt texnologiyalarının sürətli inkişafı və iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqi bu istiqamətdə yüksəkixtisaslı mühəndis kadrlarına olan tələbatı davamlı şəkildə artırır. “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası ən perspektivli sahələrdən biri olmaqla, tələbələrə süni intellekt sistemlərinin layihələndirilməsi, hazırlanması və tətbiqi üzrə fundamental nəzəri biliklər, müasir praktik bacarıqlar qazandırmağı hədəfləyir. Tədris proqramı alqoritmlər, maşın öyrənməsi, dərin öyrənmə, neyron şəbəkələr, kompüter görməsi, təbii dilin emalı, verilənlərin analitikası və intellektual proqram təminatının hazırlanması kimi müasir istiqamətləri əhatə edir. Tələbələr qabaqcıl proqramlaşdırma dilləri, proqram platformaları və süni intellekt texnologiyalarından istifadə etməklə layihəəsaslı təlim, elmi-tədqiqat fəaliyyəti və praktiki tapşırıqlar vasitəsilə peşə səriştələrini formalaşdırırlar.

İxtisasın məzunları dövlət və özəl sektorda, yüksək texnologiyalar sənayesində, elmi-tədqiqat müəssisələrində və innovasiya mərkəzlərində süni intellekt həllərinin hazırlanması, ağıllı qərarvermə sistemlərinin yaradılması, verilənlərin təhlili və avtomatlaşdırılmış sistemlərin inkişafı istiqamətlərində peşəkar fəaliyyət göstərmək imkanına malik olurlar.

Tədrisin ingilis dilində təşkili tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını təmin edir, xarici universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıq imkanlarını genişləndirir, həmçinin məzunların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına əlverişli şərait yaradır.

Proqram 3+1 modelinə əsaslanır: Tədris 3 il BMU-da, 1 il isə İNHA Universitetində aparılır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Süni intellekt mühəndisliyi”, BMU tərəfindən isə “Kompüter elmləri” ixtisası üzrə bakalavr diplomları təqdim edilir. Bu ixtisas üzrə məzunlar süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, proqramçı, proqram təminatı üzrə mühəndis, data analitik və digər vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.

Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. İDP-də Azərbaycan vətəndaşı olan, DİM imtahanlarından uğurla keçərək 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 26 nəfər “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən riyaziyyat, fizika, ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 01.08.2026-cı il saat 23:55-dir. 

İDP-yə qəbul üçün daxili imtahan 4 avqust 2026-cı il tarixində keçiriləcək. İmtahan nəticələri isə 6 avqust 2026-cı il tarixində elan ediləcək (https://beu.edu.az/az/admission/dual-degree/beu-inha-dual-degree-program).

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Qəbul edilmiş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azad olur. İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Nuray Babayeva

Xəbər Lenti

Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:13
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib21.07.2026 - 12:04
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR21.07.2026 - 11:07
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR21.07.2026 - 10:53
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur21.07.2026 - 07:40
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13
Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda21.07.2026 - 05:53
UFAZ-ın müəllimi Leyla Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib21.07.2026 - 05:47