Təhsil 365 - Logo Mobile

BMU-da yay məktəbində dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib

16121.07.2026 - 04:21
BMU-da yay məktəbində dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib

Bakı Mühəndislik Universitetində Cənubi Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təşkil olunan yay məktəbində dərs deyən koreyalı professor-müəllim heyəti ilə görüş keçirilib.

BMU-dan “Tehsil365” ə bildirilib ki, görüşdə BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov ikili diplom proqramının yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, proqram tələbələrə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına da töhfə verir. Proqram üzrə təhsil alan tələbələr üçün hər il təşkil edilən yay məktəbinin onların nəzəri biliklərinin möhkəmləndirilməsi və beynəlxalq akademik mühitlə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət daşıdığını deyən Həmzağa Orucov BMU-nun rektoru adından proqramın uğurlu icrasına verdikləri töhfəyə görə İNHA Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını çatdırıb.

Görüş zamanı yay məktəbində tədris aparan 13 nəfərlik professor-müəllim heyəti ilə geniş fikir mübadiləsi olub. Müəllimlər tədris etdikləri fənlər, dərslərin gedişi, tələbələrin hazırlıq səviyyəsi barədə fikirlərini dilə gətirərək,  yay məktəbi üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Müəllimlər tələbələrin yüksək motivasiyasını, öyrənməyə həvəsini və akademik potensialını önə çəkərək onların analitik düşünmə, praktiki tapşırıqları yerinə yetirmə və komanda şəklində işləmək bacarıqlarını yüksək qiymətləndiriblər.

Sonda İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, koreyalı professor-müəllim heyəti 3 həftəlik yay məktəbi çərçivəsində 2023-cü il qəbul qrupu üzrə “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi”, 2025-ci il qəbul qrupu üzrə isə “Kompüter elmləri (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “Elektrik və elektronika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarında təhsil alan tələbələrə müxtəlif ixtisas fənlərini tədris edir.

Nuray Babayeva

Xəbər Lenti

Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:13
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib21.07.2026 - 12:04
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR21.07.2026 - 11:07
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR21.07.2026 - 10:53
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur21.07.2026 - 07:40
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13
Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda21.07.2026 - 05:53
UFAZ-ın müəllimi Leyla Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib21.07.2026 - 05:47