Böyük təəssüf hissi ilə bildiririk ki, uzun illər ərzində ADPU-nun Kompüter elmləri kafedrasının müəllimi olaraq fəaliyyət göstərmiş tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Əlif Məmmədov dünyasını dəyişib.\
ADPU-dan “Tehsil365” ə bildirilib ki, Əlif Məmmədhəsən oğlu Məmmədov 1970-ci ildən 2017-ci ilədək ADPU-da çalışıb. Ə. Məmmədov 2023-cü ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Pedaqoji Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından Əlif müəllimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Allah rəhmət eləsin!

