Təhsil 365 - Logo Mobile

BMU tələbələri Pekində yay məktəbinin növbəti proqramlarına qatılıblar

13221.07.2026 - 05:07
BMU tələbələri Pekində yay məktəbinin növbəti proqramlarına qatılıblar

Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) keçirilən “Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi"ndə iştirak edən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri proqram çərçivəsində növbəti elmi, praktik və tədris tədbirlərinə qatılıblar.

BMU-dan “Tehsil365” ə bildirilib ki, proqram çərçivəsində iştirakçılar BUCEA-nın Memarlıq və şəhərsalma fakültəsinin Şəhər və kənd planlaşdırılması kafedrasının dosenti Zhang Yingyi tərəfindən təqdim olunan "Ağıllı şəhər və mədəni irsin dirçəldilməsi: Yay Sarayının tarixi memarlıq irsinin yenidən canlandırılması üzrə elmi tədqiqat" mövzusunda mühazirəyə qatılıblar. Mühazirədə Pekinin ən məşhur tarixi-mədəni irs nümunələrindən biri olan Yay Sarayı timsalında ağıllı şəhər konsepsiyası ilə mədəni irsin qorunması arasında qarşılıqlı əlaqə izah olunub. İştirakçılar qədim memarlıq nümunələrinin müasir texnologiyalar vasitəsilə qorunması, tarixi məkanların şəhər həyatına inteqrasiyası, landşaft memarlığı, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.

Sonra professor Fu Fan tərəfindən Çin landşaft memarlığı, şəhər yaşıl məkanlarının ekoloji əhəmiyyəti, mədəni irsin mühafizəsi və şəhər mühitinin dayanıqlı inkişafında landşaft memarlığının rolu ilə bağlı təqdimat keçirilib. 

Yay məktəbi çərçivəsində BMU tələbələri Pekində yerləşən Shougang Park sənaye irsi parkına tədris səfəri də ediblər. "Yaşayan mədəni irsin rəqəmsallaşdırılması və sənaye irsinin xatirələrinin birgə qorunması" mövzusunda keçirilən proqram zamanı tələbələr keçmiş metallurgiya zavodunun müasir innovasiya, mədəniyyət və texnologiya mərkəzinə çevrilməsi prosesi ilə yaxından tanış olublar. İştirakçılar sənaye irsinin qorunaraq yeni funksiyalar qazanması, rəqəmsal texnologiyaların tarixi obyektlərin təqdimatında tətbiqi, eləcə də 2022-ci il Pekin Qış Olimpiya Oyunları üçün yenidən qurulan Shougang Parkın şəhərsalma və dayanıqlı inkişaf baxımından əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.

Proqramın növbəti tədbirlərindən biri UNESCO-nun dayanıqlı inkişaf yanaşmalarına həsr olunub. İştirakçılar UNESCO-nun keçmiş rəhbər heyətində təmsil olunmuş professor Han Qunlinin “Qlobal dayanıqlılıq naminə UNESCO-nun elmi əməkdaşlığı" mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədə qlobal dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması və ekoloji davamlılıq kimi aktual məsələlər geniş şəkildə müzakirə edilib. 

Yay məktəbinin əsas istiqamətlərindən olan ağıllı şəhərlər və dayanıqlı inkişaf mövzuları çərçivəsində keçirilən bu proqramlar BMU tələbələrinin mədəni və sənaye irsinin qorunması, landşaft memarlığı, şəhərsalma sahələrində nəzəri biliklərini zənginləşdirməsinə, həmçinin qabaqcıl beynəlxalq təcrübə ilə yaxından tanış olmasına mühüm töhfə verib.

Nuray Babayeva

Xəbər Lenti

Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:13
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib21.07.2026 - 12:04
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR21.07.2026 - 11:07
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR21.07.2026 - 10:53
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur21.07.2026 - 07:40
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13
Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda21.07.2026 - 05:53
UFAZ-ın müəllimi Leyla Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib21.07.2026 - 05:47