Təhsil 365 - Logo Mobile

Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq

16621.07.2026 - 06:17
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib. Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunması məqsədini daşıyır.

Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək.

Nazirlikdən “Tehsil365”ə bildirilib ki, müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iştirak edə biləcəklər. Müraciət edən müəssisələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və seçilmiş özəl məktəbəqədər təhsil müəssisələri ilə maliyyələşdirmə müqavilələri bağlanacaq. Dövlət dəstəyi həmin müqavilələr çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuş yerlərə qəbul edilən təhsilalanlara şamil olunacaq. Hər bir təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi valideyn tərəfindən ödəniləcək.

Müsabiqənin elan olunacağı tarix, müraciət qaydası, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar barədə ictimaiyyətə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, son illərdə məktəbəqədər təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində yeni dövlət məktəbəqədər təhsil müəssisələri yaradılıb, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilib, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə alternativ xidmət modelləri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri olan icma əsaslı məktəbəqədər təhsil modeli məktəbəqədər təhsil müəssisələrinin olmadığı və ya əlçatanlığın məhdud olduğu yaşayış məntəqələrində minlərlə uşağın erkən təhsilə cəlb edilməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına mühüm töhfə verib.

Bununla yanaşı, 2024-cü və 2025-ci illərdə Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün keçirilmiş qrant müsabiqələri nəticəsində minlərlə uşağın dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alması təmin edilib. Həmin müsabiqələr özəl sektorun məktəbəqədər təhsil xidmətlərinin göstərilməsində iştirakını genişləndirməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın yeni mexanizmlərinin formalaşdırılması baxımından da uğurlu təcrübə yaradıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi yeni maliyyələşmə modelinin dövlət dəstəyinin daha sistemli, şəffaf və davamlı əsaslarla həyata keçirilməsinə, özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından daha səmərəli istifadəyə, valideynlərin seçim imkanlarının genişlənməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına töhfə verəcəyi gözlənilir.

Fidan Məmmədli

Xəbər Lenti

“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Məzunların 3,2 faizi ixtisası sırf öz marağına görə seçib - DİM sədri23.10.2026 - 11:16
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur23.10.2026 - 10:09
Teatr yazı müsabiqəsinin qalibləri müəyyən olunub23.10.2026 - 10:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində Venesuelanın milli rəqsi təqdim olunub23.10.2026 - 10:03
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləş-mob təşkil olunub23.10.2026 - 09:58
LDU-da təhsil tələbə kreditlərinə dair maarifləndirici sessiya keçirilib23.10.2026 - 09:53
Şəkidə intellektual bilik yarışı keçirilib23.10.2026 - 09:52
ADNSU nümayəndələri Ala-Too Universitetinin rəhbərliyi ilə görüşüblər23.10.2026 - 09:50
"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur23.10.2026 - 09:48
Təhsilə 5,1 milyard manat ayrılır - Məktəbəqədər, ümumi və ali təhsilin payı23.10.2026 - 09:46
Azərbaycanda yuxarı sinif şagirdlərinin sayı artıb23.10.2026 - 09:45
Bu ölkədə yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib23.10.2026 - 09:43
Deputat: "Müəllimin hər şagirdə ayırmağa cəmi 30 saniyə vaxtı qalır"23.10.2026 - 09:42
Peşə təhsilində beynəlxalq standartlar: 45 ölkədən birgə təşəbbüs23.10.2026 - 09:40
"20 Sentyabr" metrostansiyası gələn il istismara veriləcək23.10.2026 - 09:38
Sabah bəzi yerlərdə yağış yağacaq23.10.2026 - 09:36
Samanyolu qalaktikasında sirli radio mənbəyi aşkarlanıb23.10.2026 - 09:34
Azərbaycan dili və ədəbiyyat dərslikləri - Dizayn yaxşılaşıb, çatışmazlıqlar qalır23.10.2026 - 09:33
DİM General Test imtahanı keçirib23.10.2026 - 09:31
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib 23.10.2026 - 09:29
İnşaat Kolleci ilə Çin kollecindən Anlaşma Memorandum imzalanıb23.10.2026 - 09:23
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 09:22
Kimya İnstitutunun doktorantlarının elmmetrik göstəriciləri müzakirə olunub23.10.2026 - 08:15
Ordubadda güclü yağış fəsadlar törədib23.10.2026 - 08:01
"Həzi Aslanov” metrostansiyasının dalan yolları yaxın günlərdə istismara veriləcək23.10.2026 - 07:57
Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar23.10.2026 - 07:55
Pərvanə Rüstəmova: “Xərçəng diaqnozu ümidsizlik demək deyil” 22.10.2026 - 19:37
NDU-da birinci kurslar voleybolda yarışır22.10.2026 - 19:10
ADNSU tələbələri istehsalat prosesi ilə yaxından tanış olublar22.10.2026 - 19:03
ADNSU Madriddə konfransda təmsil olunub22.10.2026 - 18:58
ADNSU-da ünsiyyət təlimi keçirilib22.10.2026 - 18:52
ADNSU-da açıq məlumatlar mövzusunda təlim baş tutub22.10.2026 - 18:49
ADNSU-da təlim keçirilib22.10.2026 - 18:43
ADNSU Bişkekdə təhsil sərgisində olub22.10.2026 - 18:38
ADNSU Qırğızıstanda görüş keçirib 22.10.2026 - 18:27
ADU-da ekoturizm tədbiri baş tutub22.10.2026 - 18:22
ADU-da rus yazıçıları görüş keçirilib22.10.2026 - 18:19
ADU-da psixoloji dayanıqlılıq təlimi baş tutub22.10.2026 - 18:10
ATU-nun elmi uğuru: tədqiqat İspaniyada mükafat qazandı22.10.2026 - 18:01
Xəzər Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur22.10.2026 - 17:57
Molekulyar Biologiya İnstitutunun əməkdaşının rəhbərlik etdiyi komanda hakatonda I yeri tutub22.10.2026 - 17:55