Təhsil 365 - Logo Mobile

Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur

15021.07.2026 - 07:40
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur

Turizm sektorunda peşəkar kadr hazırlığı və universitet məzunlarının əmək bazarına inteqrasiyası prioritet istiqamətlərdən biri olaraq qalır. Müasir dövrdə turizm təhsilinin keyfiyyəti yalnız nəzəri biliklərlə deyil, məzunların məşğulluq göstəriciləri, praktiki hazırlığı və dəyişən qlobal trendlərə uyğun bacarıqları ilə də qiymətləndirilir. Bu baxımdan ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun yeni yanaşmalar tətbiq edir, işəgötürənlərlə əməkdaşlığı genişləndirir və tələbələrin beynəlxalq təcrübə imkanlarını artırır.

Azərbaycan Turizm və Menecment Universitetindən “Tehsil365”in sorğusuna cavab olaraq bildirilib ki, turizm kadrlarının hazırlanması üçün tədris proqramlarında rəqəmsal texnologiyalar, süni intellekt, dayanıqlı turizm, rəqəmsal marketinq, risklərin idarə olunması və praktiki bacarıqların inkişafına daha çox yer verilməsi vacibdir. Universitetdə tətbiq olunan istehsalat təcrübələri və sektorla birbaşa əməkdaşlıq isə məzunların turizm sənayesində uğurlu karyera qurmasına töhfə verir. Universitet məzunlarının məşğulluq səviyyəsi təhsil keyfiyyətinin əsas göstəricilərindən biri hesab olunur. Bu məqsədlə əmək bazarı mütəmadi təhlil edilir, işəgötürənlərlə sıx əməkdaşlıq qurulur və məzunların karyera inkişafı izlənilir. Tələbələrin təhsil müddətində istehsalat təcrübəsinə cəlb olunması, hotel və turizm müəssisələri ilə əməkdaşlıq, karyera yarmarkalarının təşkili və işəgötürənlərlə birbaşa əlaqələrin yaradılması onların məzun olduqdan sonra sektora inteqrasiyasını asanlaşdırır. Məzunların əhəmiyyətli hissəsi hotellərdə, turizm şirkətlərində, restoranlarda, dövlət qurumlarında və beynəlxalq qonaqpərvərlik şəbəkələrində uğurla fəaliyyət göstərir.

Qeyd edək ki, uzunmüddətli xarici istehsalat təcrübəsi proqramı Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə Azərbaycan Turizm və Menecment Universitetində tətbiq olunub. Belə ki, tələbələr hər il Türkiyənin müxtəlif beşulduzlu hotellərində 5-6 aylıq istehsalat təcrübəsində iştirak edirlər.

Müasir dövrdə turizm təhsili sürətlə dəyişən qlobal trendlərə uyğun inkişaf etməlidir. Tədris proqramlarında rəqəmsal texnologiyalar, süni intellekt, onlayn bronlamaq (rezervasiya) sistemləri, rəqəmsal marketinq, dayanıqlı turizm, yaşıl iqtisadiyyat, böhran və risklərin idarə olunması kimi mövzuların payının artırılması vacibdir. Bununla yanaşı, layihəəsaslı tədris, dual təhsil modeli, praktik məşğələlərin genişləndirilməsi, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və xarici dil hazırlığının gücləndirilməsi gələcəyin turizm mütəxəssislərinin beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini daha da artıracaq.

Fidan Məmmədli

Xəbər Lenti

Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:13
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib21.07.2026 - 12:04
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR21.07.2026 - 11:07
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR21.07.2026 - 10:53
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13
Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda21.07.2026 - 05:53
UFAZ-ın müəllimi Leyla Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib21.07.2026 - 05:47