Təhsil 365 - Logo Mobile

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR

14221.07.2026 - 10:53
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb.

Tehsil365” xəbər verir ki, “Gənclərlə, gənclər üçün” devizi ilə öz işini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi 20-24 iyul tarixlərində Ağsu gəncləri üçün xidmət göstərəcək. Layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.

Ağsuda təşkil olunan layihənin açılış mərasimində çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevil Mirzəyeva və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev layihənin region gənclərinin hərtərəfli inkişafına verdiyi töhfələrdən, onların şəbəkələşməsi, bilik və bacarıqlarının zənginləşdirilməsi, karyera perspektivlərinin genişləndirilməsi istiqamətində yaratdığı imkanlardan bəhs ediblər.

Layihənin 5 günlük proqramı müddətində Ağsu rayonunun gəncləri "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Bununla yanaşı, iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Həmçinin gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində bu il artıq Şəki, Oğuz, Qəbələ və İsmayıllıda yaşayan gənclər üçün səyyar xidmət təşkil olunub. Layihə noyabr ayınadək respublikanın 20 şəhər və rayonunu əhatə edərək 8 mindən çox gəncə xidmət göstərəcək.

Zümrüd Əlicanlı

Xəbər Lenti

Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:13
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib21.07.2026 - 12:04
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR21.07.2026 - 11:07
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur21.07.2026 - 07:40
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13
Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda21.07.2026 - 05:53
UFAZ-ın müəllimi Leyla Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib21.07.2026 - 05:47