Təhsil 365 - Logo Mobile

Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR

14321.07.2026 - 11:07
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR

Azərbaycan heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasının 111 ili tamam olur.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün tanınmış heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 111 il ötür.

Cəlal Qaryağdının gənclik illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf etdiyindən, bu çətin dövr onun yaradıcılığından da yan keçməyib. Heykəltaraşın həmin illərdə qələmə aldığı təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general-mayoru Həzi Aslanovun və snayper Ziba Qəniyevanın portretləri müharibənin gətirdiyi qəhrəmanlıq ruhunu sənətin dili ilə yaşadan dəyərli nümunələrdir.

Müharibə mövzusundan dinc quruculuq illərinə adlayan sənətkar Azərbaycan mədəniyyətinin görkəmli simalarını da diqqətdən kənarda qoymayıb. Onun Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov və Niyazi kimi dahi şəxsiyyətlərə həsr etdiyi silsilə portretlər vaxtilə sənətsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. Bunun maraqlı bir tarixçəsi var. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.

Bir qədər də Nəriman Nərimanovun tunc abidəsi barədə bilgi vermək istəyirik. Fikir vermisinizsə, abidənin kürsüsü heykəllə nisbətdə xeyli kiçikdir. Harmoniyanın pozulduğunu kənardan baxan sadə insan da görə bilər. Ola bilməz ki, bunun səbəbi sizi maraqlandırmasın. Elə isə qeydləri oxumaqda davam edin.

1970-ci illər idi. Heykəltaraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərinin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.

Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.

Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.

C.Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltaraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

Zümrüd Əlicanlı

Xəbər Lenti

Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:13
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib21.07.2026 - 12:04
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR21.07.2026 - 10:53
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur21.07.2026 - 07:40
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13
Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda21.07.2026 - 05:53
UFAZ-ın müəllimi Leyla Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə edib21.07.2026 - 05:47