Tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin “Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100” adlı məqaləsində AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik inkişaf yolu, rəqəmsallaşma prosesi, elmi-informasiya sahəsində rolu və kitabxana işinin inkişafına dövlət dəstəyi təhlil olunur.
“Tehsil365” AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin “Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100” adlı məqaləsi “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalında dərc olunub. Məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yüzillik inkişaf yolu, elmi-informasiya məkanında tutduğu mövqe və müasir rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi fəaliyyət geniş şəkildə təqdim olunur.
Müəllif kitabxananın formalaşma mərhələlərini, struktur quruluşunu, ənənəvi kitab fondları ilə yanaşı rəqəmsal resursların yaradılması və idarə olunması sahəsində görülən işləri təhlil edir. Yazıda dövlət səviyyəsində kitabxana işinin inkişafına göstərilən diqqətə də xüsusi yer ayrılır. Ulu Öndər Heydər Əliyevin milli-mədəni irsin qorunması, kitabxanaların strateji əhəmiyyətinin artırılması istiqamətində həyata keçirdiyi siyasət, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə rəqəmsallaşma, elektron kitabxana sistemlərinin inkişafı və innovativ layihələrin reallaşdırılması məqalədə ətraflı işıqlandırılır.
Məqalə ilə yaxından tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://docs.google.com/viewer?url=https%3A%2F%2Ftarixveonunproblemleri.az%2Findex.php%3Fdo%3Ddownload%26id%3D532%26viewonline%3D1

