Təhsil 365 - Logo Mobile

Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

14621.07.2026 - 12:04
Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib.

Tehsil365” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli şərqşünas alim, AMEA-nın vitse-prezidenti, akademik, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın həyat və fəaliyyətini əhatə edən "Akademik Gövhər Baxşəliyeva" adlı biblioqrafik göstərici nəşr olunub. Alimin 70 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən "Elm" nəşriyyatında çap edilib. Nəşrdə klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, mənbəşünaslıq və şərqşünaslığın digər istiqamətlərinin inkişafında mühüm xidmətləri olan akademik Gövhər Baxşəliyevanın həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti əksini tapıb.

Həmçinin alimin elmi əsərlərinin biblioqrafiyası, kitabları, dövri mətbuatda, seriyalı nəşrlərdə və məcmuələrdə dərc olunmuş məqalələri, konfrans materialları, müsahibə və şərhləri sistemli şəkildə təqdim olunub. Eyni zamanda, görkəmli elm və mədəniyyət xadimlərinin akademik Gövhər Baxşəliyeva haqqında fikirləri də biblioqrafik göstəriciyə daxil edilib. Kitabda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Elmi fəaliyyətlə ictimai fəaliyyətin vəhdəti" adlı oçerki də yer alıb. Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə həmin şöbənin baş biblioqrafı Təranə Rüstəmovadır. Biblioqrafik göstərici şərqşünaslıq və ərəb filologiyası sahəsində elmi-tədqiqat aparan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Nəşrlə MEK-in saytının "Elektron kitablar" bölməsində onlayn tanış olmaq mümkündür.

Zümrüd Əlicanlı

Xəbər Lenti

Çempionlar Liqası: “Sabah” – KuPS oyunu başlayıb21.07.2026 - 16:35
“Dinamo”nun baş məşqçisi: "Neftçi" həqiqətən yaxşı komandadır21.07.2026 - 16:15
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası21.07.2026 - 15:45
Gənc alim: Akademik mədəniyyət elmin görünməyən infrastrukturudur21.07.2026 - 15:05
BSU-nun tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak edirlər - FOTOLAR21.07.2026 - 14:56
AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır21.07.2026 - 14:46
Kimlər təhsil haqqından azaddır? – Tam siyahı21.07.2026 - 14:32
UNEC-də MBA təhsili ilə karyeranızı inkişaf etdirin21.07.2026 - 14:08
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır21.07.2026 - 13:56
Peşə təhsili müəssisələrinə qəbul başlayır21.07.2026 - 13:46
NDU magistratura səviyyəsində 4 yeni ixtisaslaşma üzrə qəbul elan edir21.07.2026 - 13:37
II ixtisas qrupu üzrə ölkə ikincisi UNEC-də təhsil alacaq21.07.2026 - 13:32
BMU-da magistratura ilə bağlı tez-tez verilən suallar cavablandırılıb21.07.2026 - 13:20
Hacı Təyyar Hüseynli: “Ən yaxşı insan dindardır, ən yaxşı dindar yaxşı insandır”21.07.2026 - 13:07
Qarabağ Universitetinin elmi-tədqiqat fəaliyyəti regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir21.07.2026 - 12:58
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları21.07.2026 - 12:43
Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu21.07.2026 - 12:27
Qarabağ Universiteti DİM-in sərgisində iştirak edəcək21.07.2026 - 12:11
Oruc Quliyevin MEK-in 100 illik inkişaf yolundan bəhs edən məqaləsi dərc olunub21.07.2026 - 11:51
“Məktəbəqədər təhsil uşağın psixologiyasının formalaşmasında vacib rol oynayır” - Psixoloq Fəridə Musəvi21.07.2026 - 11:32
Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır21.07.2026 - 11:20
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib - FOTOLAR21.07.2026 - 11:17
Bakının simvolik abidələrinin müəllifi Cəlal Qaryağdının anadan olmasının 111 illiyi qeyd olunur - FOTOLAR21.07.2026 - 11:07
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb - FOTOLAR21.07.2026 - 10:53
MİQ-də 90 bal toplayan Nəzrin Mirzəyeva uğur hekayəsini bölüşdü21.07.2026 - 09:58
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib21.07.2026 - 09:49
MÜTDA rəsmisi: Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq21.07.2026 - 09:38
Dünyanın ən gözəl sözü seçildi: Kaitiakitanga21.07.2026 - 09:36
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal TOPLADI21.07.2026 - 09:18
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur21.07.2026 - 09:10
Alimlər mağara divarlarında qədim insan DNT-si tapıblar21.07.2026 - 09:00
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb21.07.2026 - 08:55
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək21.07.2026 - 08:45
Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir-FOTOLAR21.07.2026 - 08:40
Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir21.07.2026 - 08:35
Dimitrios Dalaklis: Dənizçilikdə süni intellektin tətbiqi üçün geniş imkanlar var21.07.2026 - 08:30
Sabah hava necə olacaq?21.07.2026 - 08:22
Təsviri sənət üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrinə apellyasiya qəbulu başlayıb21.07.2026 - 08:10
Azərbaycan Universiteti xarici ölkələrin 150-yə yaxın universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir21.07.2026 - 08:05
Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümüdür21.07.2026 - 07:49
Turizm təhsilində əmək bazarına uyğun yeni yanaşmalar tətbiq olunur21.07.2026 - 07:40
TƏBİB onlayn növbə sistemini yeniləyir: Pasiyentlər birbaşa həkim qəbuluna keçə biləcək21.07.2026 - 07:30
II rübdə xarici kvalifikasiyaların tanınması üzrə 1105 müraciətə müsbət qərar verilib21.07.2026 - 07:05
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb21.07.2026 - 06:28
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq21.07.2026 - 06:17
"Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək"- Təhsil eksperti Ramin Nurəliyev21.07.2026 - 06:15
Azərbaycan əhalisinin sayı 10 milyon 271 min nəfəri ötüb21.07.2026 - 06:13