Qarabağ Universiteti 29-31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sərgidə iştirak edəcək.
“Tehsil365” xəbər verir ki, DİM-in Elektron İmtahanlar Mərkəzində keçiriləcək sərgidə ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları, tələbə həyatı və müasir tədris mühiti barədə ətraflı məlumat veriləcək.
Abituriyentlər və valideynlər universitetin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab ala biləcəklər.

