Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Direktorunun qəbulu olacaq.
“Tehsil365” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov avqustun 5-də Astarada vətəndaşları qəbul edəcək.
Qəbula kimlər yazıla bilər?
Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri
Qəbula necə yazılmaq olar?
Çağrı mərkəzi: 146-2 ilə əlaqə saxlayaraq
Elektron formada www.edu.gov.az saytının "Əlaqə" bölməsinə daxil olaraq
Whatsapp vasitəsilə +994 51 206 78 48
Qeydiyyat üçün son tarix: 29 iyul 2026-cı il (saat 18:00-dək)
Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

