Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul aparılan ixtisaslaşmaları elan olunub.
“Tehsil365” xəbər verir ki, Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. MBA proqramı istisna olmaqla bütün ixtisaslara dövlət sifarişi əsasında qəbul mümkündür.
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı)
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)
Azərbaycan dili
Azərbaycan ədəbiyyatı
Dilşünaslıq (ingilis dili üzrə)
Təhsil psixologiyası
Azərbaycanın qədim və orta əsrlər tarixi
Azərbaycanın yeni və ən yeni tarixi
Tərcümə (ingilis dili)
Turizmin iqtisadiyyatı
İqtisadiyyatın tənzimlənməsi
Bank işi
Vergi və vergitutma
İnsan resursları menecmenti
Təhsil menecmenti
Kibertəhlükəsizlik
Kompüter sistemləri və şəbəkələri
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
Gənclərlə iş
MBA proqramı
Maliyyə
Mühasibat
Marketinq
İnsan resurslarının idarə edilməsi
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslaşmalarınn təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya növbəti 5 ili əhatə edir.
MBA proqramının bütün istiqamətlərinə qəbul Azərbaycan və ingilis bölmələri üzrə aparılır.
Bank işi və Gənclərlə iş ixtisasaşmalarında təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşmalar üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz
Daha ətraflı məlumat üçün au.edu.az saytına daxil ola bilərsiniz

